adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Aprel 2021 15:27
26689
MƏMLƏKƏT
A- A+

RAMAZAN GƏLİR, xoş gəlir - Rauf Qərib Alagöz yazır

Oruc Allahın əmri olmaqla yanaşı həm də sağlamlıqdır.

Lakin Oruc tutmaq axşama kimi ac qalmaq demək deyil.

Gözün Oruc olmalıdır, əlin Oruc olmalıdır, dilin Oruc olmalıdır,  ruhun, nəfsin— bir sözlə bütünlüklə  ÖZün Oruc olmalıdır. 
Sahurlarda niyət edərkən axşam iftarda süfrəsi boş qalanları da unutmayaq. Oruc tutmaq həm də acın, yoxsulun halından anlamaqdır.  Düşünmək lazımdır ki, mənim iftara yeməyim olacaq, amma bir də iftara yeməyi olmayıb daim Oruc olanlar var. 

ORUC EYNİ ZAMANDA BÖLÜŞMƏK, PAYLAŞMAQDIR.

Ən təhlükəli insanlar din pərdəsi arxasında gizlənməyə çalışan saxtakarlardır. Onlar ermənidən betər düşməndirlər.
İnşallah mübarək Ramazan ayı ərəfəsində onlar da islah olarlar.

RAMAZAN YAXINLAŞDIQCA İNSANI HƏYƏCAN BÜRÜYÜR.

RAMAZAN GƏLİR, XOŞ GƏLİR.