adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Aprel 2021 17:15
32024
HÜQUQ
A- A+

Baş prokuror itkin düşən hərbçilərin ailə üzvlərini qəbul edib

Baş Prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşüb.

Bu barədə Adalet.az -a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib və qeydiyyata alınıb.

Məlumata görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.