adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Aprel 2021 09:00
27902
SAĞLAMLIQ
A- A+

Dünyada koronavirusa yoluxanların sayı 130 milyonu ötüb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 517 mindən çox artıb.

Adalet.az-ın  "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 517 585 nəfər yeni koronavirusa yoluxub, 9 264 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 132 046 206, ölənlərin isə 2 867 242 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.