adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 Mart 2021 18:00
47008
İDMAN
A- A+

AFFA-nın RƏHBƏRLİYİNƏ 

De Byaziyə 2 milyon verib gətirmişik. Bəlkə elə isti-isti də 2 milyon verək çıxıb getsin? Gətirilmə məşqçiyə ümid olan, Serbiya cəhənnəm, Qətərə də 1:2 uduzar.

Deyir ki, biz Albaniyada  4 ildən sonra  dünya çempionatına gedə bildik. Deməli, biz hələ 4 il də  De Byazinin nazını çəkəcəyik.

Amma Qurban Qurbanovun 6 ay nazını çəkə bilmədik.

Allahın qəzet redaktorları müxbirlərlə müqavilə bağlayanda şərt qoyur ki, ayda mənə bu qədər oxunaqlı yazı verməsən işdən çıxarılacaqsan.

Amma xaricdən gətirilən məşqçilərin qarşısında belə bir şərt qoyulmur.

Ona görə də foqtslar-pokslar zəmi sovulsa da bildirçinliklərində qalıb  kef edirlər. Hətta bizi şantaj edirlər.

Görün komandanı nə günə salıblar ki, camaat  sosial şəbəkələrdə yazır ki, bəlkə 28 (bir takım) futbolçu yerinə 28 xüsusi təyinatlı salaq və məşqçiliyi də Hikmət Mirzəyevə verək?