SON DƏQİQƏ:

"Zövq yaratmaq çətin işdir, bunu fərdlərin üzərinə yıxmaq bir az düzgün olmaz" - MÜSAHİBƏ

  45839   |  
Şriftin ölçüsü  

Gənc ssenarist Alim Cəfər ADALET.AZ saytına müsahibə verib.

 

- Alim, ilk öncə səni tanımayanlara özün haqqında qısa məlumatla başlayaq.

- 1994-cü ildə Yevlax rayonunda anadan olmuşam. Hazırkı işimə qədər bir neçə işlə məşğul olmuşam, tələbəlik illərində ayqqabı istehsalı sektorunda işləmişəm. Mühafizəçi kimi də işləmişəm..Yeri gəlmişkən, Bakı Dövlət Universitetin kitabxanaçılıq fakültəsini də bitirmişəm. Ayaqqabı işi çox maraqlıdır, ümumiyyətlə, insanın əl əməyi ilə nəsə yaratması gözəl şeydir. Fərqi yoxdur, ali təhsilli olsan belə, nəsə başqa bir sənəti də bilmək yaxşıdır. Tələbə vaxtımı bu işlə keçirirdim. Hətta universitet müəllimlərinə də satırdım. Özüm tikirdim, müəllimlər də alırdı. Göründüyü kimi, təhsilimin işimlə heç bir əlaqəsi yoxdur.

- Qiymətə təsiri olurdu müəllimələrə ayaqqabı satmağının? (gülür)

- Qətiyyən. Oxuduğum müddətdə qiymətə görə müəllimlərlə bu və ya digər şəkildə heç bir bazarlığım olmayıb. Amma şəxsi münasibətə görə güzəştlər olub. Hamısına təşəkkür borcum var. Ayaqqabının qiyməti nə idisə, onu da alırdım. Karidorda müəllimləri görəndə uşaqlara deyirdim ki, bax, filan müəllimin ayaqqabısı mənim əl işimidir, inanmırdılar.

- Həmin dövrlər yazırdın nələrsə?

- Özüm üçün, hə. Fakultədə kişi müəllimlərin bir çoxunu parodia edə bilirdim (gülür) Açığı, ən çox şərhçiliyə  marağım var idi. Bir nəfərin köməkliyi ilə İdman kanalına təcrübə üçün gedib gəldim də. İşə də götürəcəkdilər. Fikrət Adıgözəlli səsimi bəyənmişdi, amma təbii, səhvlərim çox idi. Ədəbi dildə danışa bilmirdim. Dilim məişət dili idi. Məndən asılı olmayan səbəblərə görə orda işləyə bilmədim, bir həftədən sonra işdən çıxartdılar. Bundan sonra qətiləşdirdim ki, bu iş də mənlik deyil. Bacarmamağa görə yox, ciddi ortam idi. Mən bacarmazdım. Standart həyat idi. Ona görə də komediya sahəsini seçdim.

- Komediya sahəsində ilk işin necə idi?

- Bir müddət kanalları gəzdim, tanışlarım vasitəsi ilə söz göndərdim ki, bir çağırın gəlim, baxın, bəlkə elə baxan kimi aşiq olasız mənə ki, çağıran olmadı amma.(gülür)Yazdıqlarımı göstərirdim. Onlar da təbii ki, deyirdi, lazım deyil. (Gülür) Sonra "İctimai televiziya"-da bir veriliş açıldı. Adını demək istəmirəm. Amma bilmirəm niyə demək istəmirəm. (gülür). Getdim ora, yazdıqlarımı danışdım, fikirlərimi bölüşdüm.

- Onda belə çıxır ssenari lap əvvəldən yazırdın?

- Hə, olurdu. Skeclər də yazırdım.

- Bəs, necə oldu o veriliş?

- Vallah,heç bilmədim. Dedilər, çağıracayıq, amma çağırmadılar. (Gülür)

- Bəs, daha sonra nə işlə məşğul oldun? Həvəsdən salmadı bütün bunlar?

- Heç nə. Yenidən qayıtdım ayaqqabı işinə. ( Gülür)Hər dəfə nəsə alınmıyanda qayıdırdım ayqqabı işinə, amma yazmağı dayandırmadım. Bir nəfərin vasitəçiliyi ilə gəldim çıxdım hazırkı işlədiyim yerə, bəyəndilər, razılaşdıq, hazırda da “Komediya prodakşın”-da işləyirəm. Aktyor-ssenarist Elnur Hüseynovun dəstəyi çox oldu mənə ilk əvvəl. O məni yönləndirirdi çox şeyə, sağ olsun.

- Alim, son dövr sosial şəbəkələrdə yumoristik statuslarınla məşhurlaşmısan. Gəl, elə ssenaridən danışaq yenə. Xüsusi ilə məşğul olduğun komediya sahəsinə tənqidlər, hətta təhqirlər də çoxdur. Məsələn, deyirlər ki, bizdə komediya yoxdu, izləyicini yönəldə bilmirlər, yumorun səviyyəsi inkişaf etmir, beldən aşağıdır və.s

- Ən aktual, heç vaxt tükənməyən bir mövzunun sualdır bu. Təkəbbürlük kimi çıxmasın dediklərim, bu sahədə təzəyəm, bir çoxları deyə bilər ki, dünən gəlib, oturub ölkə yumorunun problemlərindən danışır. Zövq yaratmaq çətin işdir, bunu fərdlərin üzərinə yıxmaq bir az düzgün olmaz,  insanların yumor duyumu beş-on günə formalaşmır, bunun üçün illər keçməlidir. Mən "tvitter"-də çox güldüyüm bir zarafatı 50-60 yaşındakı insana desəm deyəcək, “hayn?” İnternet yarandı, gənc nəsil sürətlə yaşlı nəsildən uzaqlaşdı. Televiziya kütləsi ilə sosial şəbəkə kütləsi fərqlidir. Televizora baxanların mütləq əksəriyyəti orta və yaşlı nəsildi. İndi siz deyin, serial istehsal edən bu amili nəzərə almalıdır, ya yox?! Əlbəttə almalıdır. İndi maşallah kapitalizmdi, hər şey bazarla tənzimlənir. Yazdığın senarini, çəkdiyin serialı doğru kütləyə ünvanlamalısan. Hər bir yazılan zarafat, ssenari kiminsə beyninin məhsuludur və buna görə ona pul ödənilir. Deməli, tamaşaçı kütləsini nəzərə almasan, obrazlı desək, gülləni boşuna atmış olacaqsan.

- Hazırda hansı serialın ssenarisini yazırsan?

- "Ailəmiz" serialı. Adından göründüyü kimi ailənin baxa biləcəyi bir şey hazırlamaq istədik və hazırladıq. Bu serial sitkom janrındadı.Yəni, situasiya komediyasıdı.

- Bəs, televiziyada beldən aşağı zarafatlar necə, qəbul olunandır?

-18+ elədir ki, istər istəməz maraq yaradır. Məsələn, bir xanım dostum deyirdi ki, əvvələr hər dəfə “Topaz”-ın qarşısından keçəndə ağlıma gəlirdi ki, görəsən, orda nə olur elə? Yəni, beldən aşağı zarafatları pisləyirik, amma dinləyirik, baxırıq da. Normal haldır, amma şablon səslənsə də, hər şeyin bir çərçivəsi, qədəri var.

- İşlədiyin prodakşının rəhbəri Elməddin Cəfərovdur. Onunla işləmək necədir?

-  Bu sahəyə gəlməyimdə çox böyük dəstəyi, rolu olub. Belə deyək, heç bir təcrübəm olmadığı halda mənə güvənib, iş verib. Verdiyim ilk müsahibəmdə də təşəkkür etməyi özümə borc bilirəm. Bir müdir kimi də razıyam, işçiyə azadlıq verən insandı, yaradıcı adam da bundan artıq nə istiyə bilər ki?!

Yumorun bir qolu da stəndapdır, ölkədə stəndapın durumundan razısan?

- Hazırda, stəndapda boşluqdur.  Çox bəyəndiyim sahədi, hazırda bu janrla məşğul olanları izliyirəm. Normal çıxışlar deməzdim, çıxışların içində yaxşı hesab etdiyim yanaşmalar,tapıntılar olur. Bizim bir çox stəndapçıların o minusu var ki, birinci güldürməyə çalışırlar. Mən belə etməzdim. Mən istəyərdim birinci düşündürəsən ki, biləsən, nə var, nə yox. Zalı əla almaq üçün. Amma girən kimi ancaq güldurmək istəyi... Məncə, bu səhvdir.

- Özün niyə etmirsən standap?

- Düşünürəm, yaxın gələcəkdə birşeylər edəcəm.

- Bəs, əvvəlki standapçılardan necə? Məsələn, Fərda Xudaverdiyev.

- Əvvəlkilər deyəndə, ölkədə tam olaraq bu işin arxasıycan gedən Fərda oldu o vaxt..Pis-yaxşı bu işin təməlini qoydu. 2000-lərdən bəri yeni bir şey gətirdi. Ən müasir, ən yeni.. Bizim nəsil də Fərdanı gördü. Hətta hazırda bir çox gənc stəndapçılar çıxış edəndə Fərdaya oxşuyurlar. Bu qeyri-iradi baş verən şeydi, təbidir.

- Amma ən çox təndiq olunan da odur. Çox cəhətlərinə görə. Həm yumoruna, həm adicə stəndupundakı oğurluğuna, Cem Yılmaz dekorasiyasına qədər...

- Fərda ona görə çox tənqid olunur ki, onun alternativi yoxdur. Biz indi bəyənmirik, amma özümüz də bir şey etmirik, onu üstələyə bilmirik. Sırf stəndap sahəsində.. Qaldı oğurluq məsələsinə, mən elə düşünmürəm. Və deyim, futbolda qapı var. Harda oynayırsan oyna, qapı var da. Stəndapda nə qədər yenilikçi olsan da budur. Cem Yılmazı niyə kiçildirik ki? Cem də böyük bir şey edib. Edilən böyük şeylərdən də zaman-zaman bəhrələnənlər olur, təbidir.

- Son olaraq müsahibəni oxuyanları hansı sözlə güldürə bilərsən?

- 5-6 yaşım olanda çox saf idim, televizorda eşidirdim ki, deyirlər ki, 11 iqlimdən 9-u Azərbaycandadı.Mən də bilmirdim iqlim nədi, deyirdim başqa ölkələr yazıqdılar, dünyada cəmi 11 dənədi, 9u da bizdədi, heç olmaya bir-ikisini o biri olmuyan ölkələrə verək. (gülür)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK