adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Mart 2021 16:58
27777
DÜNYA
A- A+

"S-400 məsələsi Türkiyə üçün bitdi" - Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Brüsseldə yerləşən NATO qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü olub.

Adalet.az-ın xəbərinə görə, Çavuşoğlu görüşdən sonra ölkəsində mətbuat konfransı keçirib. O görüş zamanı toxunulan məsələlərdən danışıb.

Çavuşoğlu qeyd edib ki, Blinkenlə konstruktiv olaraq görüşüb: "Görüş zamanı S-400 məsələsinin Türkiyə üçün bitdiyini dedim. Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyimizi bildirdim. ABŞ dövlət katibi ilə Türkiyədə və ya ABŞ-da daha geniş tərkibdə görüşün keçiriləcəyinə dair razılığa gəldik”.