adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Mart 2021 15:45
34018
MƏDƏNİYYƏT
A- A+

Allahverdi Yolçuyev: “Xaricdə müalicə olunmalıyam, amma imkanım yoxdur”

Aktyor Allahverdi Yolçuyev illərdir işsiz olduğunu deyib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda ARB telekanalında yayımlanan “Tünzalənin əli ilə” proqramında deyib. O bildirib ki, teatrdan çıxmasına peşman olub:

“Dörd nəvə, beş övlad saxlayırdım. Teatrdan çıxıb, el şənliklərinə getdim. Amma peşmanam, teatrda qalmalıydım. Yaradıcı insan işsiz qalmamalıdır”.

Səhhətində problem olan aktyor müalicəyə gücü çatmadığını söyləyib:

“Müalicəm sənətimdir. İşim olsa, əl-ayağım əsməz. Bütün stressin səbəbi işsizlikdir. Hər həkim bir diaqnoz qoyub əllərimin əsməyinə. Əvvəl barmağım, sonra əlim, sonra isə qolum əsdi. Müalicəsi xaricdədir, getməyə maddi gücüm çatmır”.