SON DƏQİQƏ:

"Qurban Qurbanov mənə fədakarlığın nə olduğunu öyrətdi" - Miçel

  16001   |  
Şriftin ölçüsü  

Karyerasını başa vuran "Qarabağ"ın sabiq futbolçusu Miçel Madera İspaniya mətbuatına müsahibə verib. Qol.az həmin müsahibəni ixtisarla təqdim edir.

- Niyə karyeranı bitirmək qərarını verdin?

- Çoxdandır dabanımda ağrı var idi. Ağrılar iki-üç il əvvəl mən "Qarabağ"da çıxış etdiyim vaxt başlamışdı. Məşq və oyun vaxtı dəfələrlə axsayırdım. Yeri istiləşəndə isə bunu hiss etmirdim.  Amma o vaxta qədər performansımın 70 və ya 80 faizini sərgiləyə bilirdim. Yaxın vaxtlara qədər müalicə ilə MRT apararaq hər şeyi sınadım. Amma artıq meydanlarda sürünməkdənsə, futbolu buraxmaq daha yaxşısıdır.Elə futbolçular tanıyırdım ki, 60 faiz sağlam halda oynayırdılar. Amma bu, mənlik deyil.

Bəzi həkimlər mənə bu ağrılardan xilas ola biləcəyini söylədilər, amma 36 yaşında buna dəyməzdi. Düz bir xəttdə çox yaxşı qaça bilərəm, amma futbolun dönmə və sarsıntılı hərəkətləri məni həqiqətən incidir.

- Karyeranızı necə tarazlaşdırırsınız?

- Bütün təcrübələrimdən məmnunam və ən yüksək kateqoriyada oynamaq imkanı verən klublara minnətdaram.

- Xüsusilə, sizin üçün seçilən biri var?

–Presiado Portuqaliya "Sportinq"ində mənə xeyli dəstək verdi. Bundan başqa, onunla şəxsi münasibətlər qurduq və dost ola bildik. Məni sakitləşdirən digər məşqçi Qurban Qurbanov idi. Hər kəs "Qarabağ"ın mənim üçün sadəcə, yeni təcrübə olduğunu düşündüyü halda, baş məşqçi mükəmməlləşməyimə kömək etdi. Mənə fədakarlığın nə demək olduğunu öyrətdi. Qurbanov məşqləri çox sevir, vaxtının çox hissəsini komanda ilə keçirirdi.

- Ən yaxşı peşəkar anınızı "Qarabağ"da yaşadınızmı?

- Bəli, Madrid "Atletiko"suna vurduğum qol bəlkə də karyeramda ən vacib an idi. Çünki bu, Çempionlar Liqasında yenicə açılan "Vanda Metropolitano" stadionunda əcnəbi komanda ilə ilk oyun idi. Həm də Azərbaycanda bunun çox əhəmiyyəti var idi və yenə də önəmini qoruyur. Keçmiş komandamı izləyir və görürəm ki, onlar həmin epizodu xatırlayır, sevinirlər

-Gələcək üçün planların nədir?

- Bir növ, futbolla əlaqələndirilməyə davam etmək üçün məşqçi adını almaq istəyirəm. Nə qədər gedə biləcəyimi görəcəyik.

- Presiado və Qurbanovdan başqa kimin üslubunu bəyənirsiniz?

- Pep Qvardiola və Visente Del Boskenin üslubunu qeyd edə bilərəm.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK