SON DƏQİQƏ:

Perm şəhərində Xocalıya ədalət tələb edilib

  10213   |  
Şriftin ölçüsü  

Azərbaycan diasporunun təşkilatçılığı ilə Perm şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Adalet.az-a verilən məlumata görə, şəhərin "Siti star" mədəniyyət mərkəzində baş turan tədbirdə Azərbaycan diasporunun üzvləri, müxtəlif icmaların nümayəndələri və üzərində "Biz ədalət tələb edirik" şüarı yazılan köynəklər geyinmiş tələbələr iştirak ediblər.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə çıxış edən Perm vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilən dəhşətli soyqırımı aktı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Xocalı faciəsi indiyədək beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymətini almayıb. Xocalıya ədalət çağırışı ilə çıxış etmək, 29 il öncə insanlığa sığmayan bu cinayəti törədən müqəssirlərin məsuliyyətə cəlb olunmasını tələb etmək hər kəsin borcudur.

Daha sonra tədbirdə Xocalı qətliamının canlı şahidlərinin iştirakı ilə çəkilmiş sənədli film nümayiş etdirilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-14
2021-04-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 13, 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK