adalet.az header logo
  • Bakı 7°C
02 Mart 2021 13:26
36050
ŞOU-BİZNES
A- A+

“Uşaq plasentası yeməsi barədə xəbərlər yayıldı” - ŞOK İDDİA!

Məşhur müğənni Demet Akalın haqqında hər kəsi şok edəcək iddialar səsləndirilib. Akalın gənc qalmaq üçün uşaq plasentası yediyi ortaya çıxıb.

Akalın hiddətləndi

Sosial mediada yayılan xəbərin ardınca müğənni açıqlama verib. Akal “Dəlimi oldunuz? Allah sizə ağıl versin. İnana bilmirəm. Uşaq bir şeyimi yedim? Nə deyirsiniz, anlamıram. Türkcə danışın. Dəlisiniz? Mən illər sonra xaşı güclə yemişəm, plasenta nədir? Mən dərimə qulluğu belə evdə özüm edirəm. Özünüzə gəlin. Bunu kimin yaydığını bilmək istəyirəm. Əgər fikirləşdiyim insandırsa, Allah onun onsuz da cəzasını verib” deyərək haqqında yayılanları təkzib edib.

Plasenta nədir?

Qadında hamiləlik dövründə faəliyyət göstərən, ana ilə uşağın orqanizmi arasında əlaqəni təmin edən orqandır. Məhz onun hesabına bir sıra funksiyalar-qidalanma, qan dövranı, maddələr mübadiləsi, zərərli amillərdən və müxtəlif infeksiyalardan müdafiə və s. həyata keçirilir. Plasenta uşaqlıqda uşaqla birlikdə böyüyən və doğuşdan dərhal sonra bədəndən atılan bir orqandır. Uşaq ana bətnində hamiləlik dövründə göbək ciyəsi vasitəsilə plasentaya bağlı olaraq yaşayar. Doğuşdan sonra göbək ciyəsinin kəsilməsi ilə uşağın plasentaya olan bağlılığı da sonlanar.

Kim Kardaşyan da uşağının plasentasını yeyib

2015-ci ildə oğlu Saint West-i dünyaya gətirən Kim Kardaşyan uşağının plasentasını yediyini demişdi. Ondan əvvəl isə Tom Cruise-n belə bir addım atdığı və bu halın məşhurlar arasında bir dəb olduğu ortaya çıxmışdı. Belə ki, bir sıra məşhurlar hətta pul ödəyərək uşaq plasentası alıb yeyirlər.

Bəzi məşhurlar plasentanın qəbulunun doğuşdan sonra yaranan depressiya ilə mübarizədə faydalı olduğuna və hamiləlik zamanı anadan körpəyə ötürülməli olan vitaminlərə sahib olduğuna inanırlar. Onların bir qisminin fikrincə isə, plasenta yeyilməsi anada südün çox olmasına səbəb olur.

Plasenta yemək faydalıdırmı?

ABŞ-da Northwestren Universitetində aparılan tədqiqatlara görə çiy, bişmiş, hətta həb şəklinə salınmış plasenta qəbulunun hər hansı bir faydası yoxdur. Bu istiqamətdə 10-a yaxın araşdırma var. Həmin tədqiqatların nəticələrinə əsasən plasentanın ana südünü artırma, enerji vermə, depressiyadan çıxma, gəncləşdirmə kimi faydaları sübut edilməyib.

Bunu da unutmaq lazım deyil ki, doğuşdan sonra plasentada hər hansı virus və ya bakteriya olması qaçınılmazdır. Odur ki, həmin tədqiqatlarda dəfələrlə vurğulanır ki, plasenta qəbulu yolverilməzdir.

Rövşən Tahir