SON DƏQİQƏ:

İlahi, bir qadın niyə bu qədər mənasız olsun?! - Orxan Saffari yazır

  18017   |  
Şriftin ölçüsü  

Qadınların gözəl görünmək üçün özlərinə etdiyi nə qədər mənasız zülmlər var ki, kişilər əksərən, bunlara birtəhər dözür, yaxşı mənada da yola verir. Amma məncə, qadının özünə qarşı etdiyi ən mənasız hərəkət, dikdaban geyinə bilmədiyi halda geyinib, ortalıqda paralic vurmuş göyərçin kimi dolaşmasıdır. Özü də, bunu mini ətək ilə geyinirlərsə. İlahi, bir qadın niyə bu qədər mənasız olsun?! Onu bu qədər məzmunsuz olmağa həqiqətənmi gözəl görünmək istəyi məcbur edir? Bəs, onlara bu cür gözəl göründüklərini kim deyib? Məqsədi yalnız seksə hesablanmayan, özünə hörmət edən bir azərbaycanlı kişi, yanında bu cür bir qadın istəməz. Söhbət nə əxlaqdan, nə də zövqdən getmir. Söhbət vizual görüntünün pozulmasından, ortaya çıxan gülməli mənzərədən gedir. Məsələn, mini ətək geyinib darta-darta qalmağın adı nədir? Bunu geyinib, əlini onu aşağı dartmaqdan çəkməyəcəksənsə, niyə geyinirsən? Axı, özün də narahatsan, hərəkət edə bilmirsən. İlahi, hələ o dikdaban. Adam "razvalı" olan 011 kimi oyana-buyana nə qədər yırğalanar? Bir də görürsən, getdiyin yerdə birinin qıçları qalxdı göyə, dikdabanda ayaq qoyduğu yerə ilişib. Elə bil, iki litr çəkilmə araq içib, ayaq üstə dura bilmir. Yəni, bu cür həqiqətən də gözəl göründüyünüzü düşünürsünüzsə, inciməyin, qəbirstanlıq ceyranından fərqlənmirsiniz.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-14
2021-04-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 13, 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK