adalet.az header logo
  • Bakı 7°C
26 Fevral 2021 15:13
35514
HÜQUQ
A- A+

Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 şəxsə qarşı ittiham irəli sürülüb və onlar axtarışdadır.

Adalet.az-ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 40 nəfəri Xocalı soyqırımı, digərləri isə Meşəli, Qaradağlı, Bağanis Ayrım qətliamları və başqa cinayətlərlə bağlıdır.