adalet.az header logo
  • Bakı 6°C
26 Fevral 2021 13:31
16082
MƏMLƏKƏT
A- A+

YAS QİYBƏTİ - Rauf Qərib Alagöz yazır

Dedilər "qonşu Həsən kişi intihar edib", yığılıb getdik.

Biz çatana kimi yuyub kəfənləyib gətirib tabutda qoymuşdular evin ortasına. Molla quran oxuyurdu.

Həsənin anası ağlayırdı:

- Dedim alma ...lı qızını. Oralılardan adama arvad olmaz. Oğlumun öyünü yıxdılar.

Həsənin Bacısı:

- Ay qardaş, balaların yedi başını, ay qardaaaaş.

Arvadı:

- Məni borc içində qoyub hara getdin, ay öyü yıxılmış.

Qızı:

- Mən nişanlımın ailəsinin üzünə necə baxacam. Deyəcəklər atası intihar edib.

Oğlu dostuna:

- Sən birlərsən, evi, maşını adıma necə keçirə bilərəm?

Qonşu Fatma xala pıçıldayırdı:

- Deyirlər arvadı, bacısı gəzirmiş, ona görə asıb özünü.

Qonşu Şakir kişi:

- Qumara Borcu var imiş, öldürüb sonra asıblar.

Uzaq qohum:

- Axır zamanlar gözümə nəsə birtəhər dəyirdi. Nəsə atırdı deyəsən. Beynini qurutdu.

Başqa bir qonşu:

- Görəsən ehsan verəcəklər? Verməəyəcəklərsə, pul da yazdırmaram.

Başqa bir qohum:

- Mənə 100 manat borcu var idi. Batdı.

Tanımadığım biri:

- Deyirlər kişilikdən kəsilibmiş, ona görə özünü öldürüb. xixixi

Molla:

- Cəmaət, Mərhuma haqqınızı halal edin.

Camaat:

-Halal olsun, yaxşı adam idi.

İntihar edən kişi idi. Gör qadın intihar eləsə, arxasından nələr deyəcəkdilər...