adalet.az header logo
  • Bakı 7°C
26 Fevral 2021 12:40
23105
GÜNDƏM
A- A+

Cavid Qurbanov: "Qəbələyə çəkilən dəmir yolu xətti hazırdır"

Ləkidən Qəbələyə çəkilən dəmir yolu xətti artıq hazırdır.

Bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O qeyd edib ki, işlər artıq yekunlaşıb və dəmir yolu açılışa hazırdır.

Qeyd edək ki, Qəbələyə çəkilən biryollu xətt öz başlanğıcını Bakı - Böyük Kəsik dəmir yolu xəttinin Ləki stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 km təşkil edir