adalet.az header logo
  • Bakı 20°C
24 Fevral 2021 16:26
20724
SİYASƏT
A- A+

“Naxçıvan dəhlizi türk dünyasını birləşdirəcək” - Səfir

Naxçıvan dəhlizi ilə ticarətimiz daha da inkişaf edəcək.

Bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Anadolu” agentliyinə deyib.

Səfir bildirib ki, Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Naxçıvan dəhlizinin açılması ilə ticarət əhəmiyyətli dərəcədə artacaq.

Bu dəhlizin Türkiyəni Azərbaycan və Türk dünyası ilə birləşdirəcəyini deyən X.İbrahim, "burada yaxşı bir iş birliyini düşünürük. Bu dəhliz yalnız Orta Asiyadakı Türk dövlətlərini deyil, eyni zamanda iki böyük regional güc olan Türkiyə və Rusiya üçün çox qısa yol bağlantısıdır. Bu, Rusiya ilə Türkiyə arasındakı ticarətdə çox yüksək səviyyəyə qalxma imkanını təmin edəcək", - deyə əlavə edib.

Diplomat, eyni zamanda türk şirkətlərinin işğaldan azad edilmiş bölgələrdə inşaat layihələrində iştirak edəcəyini söyləyib.(azvision.az)