adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Fevral 2021 15:06
29922
SAĞLAMLIQ
A- A+

Azərbaycanda son sutkada 223 nəfər COVID-19-a yoluxub, 176 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3 204 nəfər vəfat edib, aktiv xəstə sayı 2 208 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 043, ötən müddət ərzində isə ümumilikdə 2 563 101 test aparılıb.