adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Fevral 2021 13:39
25382
MƏMLƏKƏT
A- A+

Restoranlarla bağlı deputatdan təklif - İş rejimi iki hissəyə bölünsün

Azərbaycanda restoranlarda iş rejiminin iki hissəyə bölünməsi ölkədə 400 minə yaxın yeni iş yerinin yaranmasına səbəb ola bilər.

Adalet.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Səttar Möhbalıyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycanda restoranlarda, kafelərdə iş rejimi səhər saat 10-dan axşam saat 12-yə qədər davam edir və eyni adamlar çalışır. S.Möhbalıyev vurğulayıb ki, həmin iş rejimləri iki hissəyə bölünsə, yeni iş yerləri yarana bilər.