SON DƏQİQƏ:

Millimizin məşqçisinin qızı rəqsi ilə Moskvanı heyran qoydu - VİDEO

  12507   |  
Şriftin ölçüsü  

Bədii gimnast Lalə Kramarenko öz rəqsi ilə Rusiyanı heyran edib.

Oxu.Az-ın xəbərinə görə, 19-21 fevral tarixlərində Rusiyanın paytaxtı Moskvada bədii gimnastika üzrə Qran-Pri yarışı keçirilib.

17 ölkənin mübarizə apardığı turnirdə Azərbaycan təmsil olunmasa da, Kramarenko Rusiya millisinin üzvü kimi iştirak edib. Yarışda bürünc medal qazanan Kramarenko yarışdan sonra keçirilmiş qala-konsertdə öz rəqs bacarığını da nümayiş etdirib.

İrina Viner-Usmanova adına Gimnastika Sarayında keçirilən yarışda 16 yaşlı Lalə türk müğənnisi Tarkanın “Şımarık” mahnısı fonunda gözəl rəqs edib. Həmçinin o, pianoda klassik musiqinin müşayiəti ilə rəqs bacarığını göstərib. 

Qeyd edək ki, Lalə Kramarenko Moskvada doğulsa da, gimnastikaya 2006-cı ildə Bakıda başlayıb. O, futbol millimizin və Rusiyanın ÇSKA klubunun qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır. Anası İrina keçmiş biatlonçu olub, əkiz bacısı Diana isə tennislə məşğuldur.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK