adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Fevral 2021 13:48
46742
MÜSAHİBƏ
A- A+

“Azərbaycan demokratik ölkədir və demokratik dəyərlərə hər zaman hörmətlə yanaşır” - MÜSAHİBƏ

Müsahibimiz deputat Cavid Osmanovdur.

- Cavid müəllim, məlumdur ki, Azərbaycanda gənclər siyasəti hökumətin prioritet sahələrindən biridir.  Son zamanlar həyata keçirilən kadr siyasətində də biz bunun şahidi oluruq ki, əsasən gənc kadrlar önə çəkilir. Parlamentin gənclər və idman komitəsinin üzvü kimi  bu gün gənclərin ölkəmizin ictimai-siyasi həyatında, beynəlxalq aləmdə  fəaliyyətini necə qiymətləndirirsiniz?

-   Ölkəmizdə gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərfəindən qoyulub. Hətta Sovetlər dönəmində ulu öndər Heydər Əliyev Respublikamıza rəhbər seçildikdən qısa müddət sonra ölkə gəncliyinə olan münasibət dəyişdi. Belə ki, Azərbaycanda ali təhsil müəssələrinin yaradılması və eyni zamanda azərbaycanlı gənclərin Sovetlər Birliyinin müxtəlif respublikalarına ali təhsil almağa göndərilməsi ölkədə gənclər siyasətinin əsasının qoyulmasının göstəricilərdir. Müstəqillik dövündə də biz bunun şahidi olduq. Ölkənin çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev məhz həmin çətin günlərdə belə ölkə gəncliyini unutmadı. 1996-cı il fevralın 2-də  Azərbaycan Gənclərinin Birinci Formunun keçirilməsi, bir il sonra həmin tarixin ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Gənclər Günü kimi təsis edilməsi gənclər siyasətinin əsaslarından hesab edilir. Əsası ulu öndərimiz tərəfindən qoyulan və cənab Prezidentimizin müasir dövrün tələbləri çərçivəsində həyata keçirdiyi gənclər siyasəti nəticəsində ölkə gəncləri davamlı olaraq dövlət qayğısı ilə əhatə olunurlar. Azərbaycanlı gənclərinin dövlət proqramları çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları, sonradan həmin gənclərin müxtəlif  vəzifələrə təyin olunmaları həyata keçirilən kadr siyasətində də özünü biruzə verir. Müasir Azərbaycan gəncliyi intellektual, yüksək dünyagörüşünə, innovativ biliyə malik gənclikdir. Gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir və elm, idman, mədəniyyət, incəsənət, bir sözlə hər bir sahədə Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edirlər.

-   Gənclərə dəstək olaraq dövlət tərəfindən müxtəlif dövlət proqramları və digər layihələr həyata keçirilir. Bu tədbirlərin gənclərin formalaşmasında və fəaliyyətlərində nə kimi rolu var?

-   Bilirsiniz, ölkəmizdə gənclərin inkişafı üçün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif dövlət proqramları və layihələr həyata keçirilir. Biz buna misal olaraq gənclərin xarici ölkələrdə ali təhsil almasını, eyni zamanda nüfuzlu ali təhsil müəssisələrinin ölkəmizdə filiallarının yaradılmasını, ölkədə hər bir sahədə gənclərə böyük etimadın göstərilərək vəzifələrə təyin olunmalarını, həmçinin gənclərin özünəməşğulluq proqramlarına cəlb edilməsini qeyd edə bilərik. Bir qədər də konkretləşdirsək ASAN Xidmət, DOST Mərkəzlərində gənclərin işlə təmin olunması, gənc sahibkarlara dövlət tərfindən xüsusi dəstəyin göstərilməsi Azərbaycan gəncliyinin inkişafına hədəflənmişdir. Bu sahədə Heydər Əliyev Fondu və Fondun Prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.

-    Bu danılmaz faktdır ki, İkinci Qarabağ savaşında qazanılan tarixi qələbəmizdə  ölkəmizin cəsur, mətin gənclərinin adı vardır. Gənclərimizin hər biri sinəsini düşmən gülləsinə sipər etdi, onlar hər qarış torpaq uğrunda mərdliklə vuruşdu, bir çox gənclərimiz şəhidlik zirvəsinə yüksəldi...

-   İlk növbədə torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin suverenliyi naminə canından keçərək şəhid olmuş soydaşlarımıza Allahdan rəhmət, sağlamlığını itirmiş qazilərimizə şəfa, cansağlığı diləyirəm.  Həqiqətən danılmaz faktdır və biz bunun canlı şahidləriyik ki, Azərbaycan qəhrəmanlar, mətin gənclər diyarıdır. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinə tarixi səfəri zamanı Cıdır düzündə çıxış edərkən bu məsələyə diqqət çəkdi. Torpaqlarımızın işğaldan azad olunması zamanı böyük yükün məhz ölkə gəncliyinin üzərinə düşüdüyünü qeyd etdi. Bilirsiniz, bunun əsasını uzun zaman ərzində ölkədə aparılmış düşünülmüş gənclər siyasəti təşkil edir. Bu siyasət nəticəsində ölkəmizdə vətənpərvər, xalqına, ölkəsinə, torpağına bağlı, milli ruhlu gənc nəsil yetişmişdir. Tək Şuşa döyüşlərini qeyd etmək kifayətdir ki, Azərbaycan gəncliyinin necə bir mübariz, qorxmaz və vətənpərvər gənclik olduğunu təsəvvür edəsən.

-     Regiondan olan millət vəkili kimi Azərbaycanda regionların inkişafı ilə bağlı nə deyə bilərsiniz?

-   Cənab Prezidentimiz İlham Əliyevin müxtəlif illərdə imzaladığı Sərəncamlara əsasən Regionaların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları  həyata keçirilmişdir ki, bunun da nəticəsində ölkəmizin hər bir bölgəsində böyük miqyasda ifrastruktur layihələri həyata keçirilmiş, regionlarda daimi iş yerləri yaradılmış, insanların, xüsusilə də gənclərinin məşğulluğu təmin olunmuşdur. Müasir standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət, idman müəssiəslərinin yaradılması, avtomobil yollarının, xüsusilə də kəndlərarası yolların yenidən qurulması regionların inkişafı üçün həyata keçirilən işlərin bir qismidir.

Regionların inkişafı üçün işlər davamlı olaraq həyata keçirilir və qarşıdakı illərdə işğaldan azad olunan ərazilərimizin də bərpası işləri dövlətimiz üçün prioritetdir.

-   Hakim Yeni Azərbaycan Partiyasının deputatı kimi ölkədə siyasi plüarizmi necə dəyərləndirirsiniz?

-  Son illər ərzində ölkəmizdə hər bir sahədə davamlı islahatlar həyata keçirilir. Həmçin biz bu islahatları siyasi müstəvidə də görə bilərik. Azərbaycan demokratik ölkədir və demokratik dəyərlərə hər zaman hörmətlə yanaşılır. Söz və ifadə azadlığı tam formada təmin olunur. Bu gün ölkəmizdə internet tamamilə azad və hər bir vətəndaş üçün əlçatandır. Eyni zamanda həyata keçirilən islahatlar nəticəsində yeni siyasi konfiqurasiya formalaşmaqdadır. Bütün bunlar ölkəmizdə siyasi plüralizmin yüksək səviyyədə oldğunun göstəricisidir. Bir də ki, Azərbaycan xalqı müdrik və ağı-qradan seçməyi bacaran xalqdır. Məhz bu səbəbdən də ölkəmizdə möhkəm əsaslı xalq-iqtidar birliyi mövcuddur.

 

Nicat NOVRUZOĞLU