adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Yanvar 2021 09:48
17170
MƏMLƏKƏT
A- A+

Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti kontakt şəbəkəsinin yenilənməsindən sonra bərpa ediləcək.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin yaydığı məlumatda qeyd olunub.

Xırdalan dairəsində yeni inşa edilən dəmir yolu körpüsü istismara verilib və hazırda yük qatarları körpü üzərindən hərəkət edir.

Bakı-Xırdalan-Sumqayıt elektrikləşdirilmiş dəmir yolu xəttinin Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Kontakt şəbəkəsi Bakı-Böyük Kəsik dəmir yolu sahəsinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi ilə əlaqədər olaraq yenilənir.

Xatırladaq ki, bu istiqamətdə qatarların hərəkəti Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar olaraq avqustun 10-da dayandırılıb. Yolun genişləndirilməsi çərçivəsində Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü sökülüb, onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa edilib.