SON DƏQİQƏ:

2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub

  14343   |  
Şriftin ölçüsü  

Sosial ödənişlərin təyinatı prosesi yekunlaşmaq üzrədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri yekunlaşmaq üzrədir.

Nazirlikdən Trend-ə bildirilib ki, postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində şəhidlərimizdən artıq 2783 nəfərin 7127 ailə üzvünə sosial ödənişlər təyin olunub.

Bu sahədə işlərin operativ şəkildə yerinə yetirilməsi məqsədilə DSMF əməkdaşları səfərbər edilib. Sosial ödəniş təyinatları üçün şəhid ailələri üzvlərindən zəruri sənədlər istənilmədən, bu sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunur.

Təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilir.

Aparılmış sosal ödəniş təyinatları barədə şəhid ailələri məlumatlandırılır, bir çox hallarda onlarla ünvanlarında görüşlər keçirilərək təqaüd kartları təqdim olunur.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-07

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK