1990-ın yanvarında Bakıda meydan sulayan Rusiya texnikası, 2020-nin dekabrında həmin meydandan suyu süzülə-süzülə keçdi.
P.S.Dünən Speysin efirində Abutalıb Səmədov deyirdi ki, "1990-da Bakıda qan tökən Rusiya yox SSRİ idi. O ordunun tərkibində qırğız, qazax və b. millətlər də var idi". Studiuadakıların biri qayıdıb demədi ki, "bütün imperiyaların qoşunundə əsarətdə saxlanan millətlərin nümayəndələri olur".
Onu da demədilər ki, "Bakıda, Tiflisdə, Vilnusda qan tökən Sovet ordusu idisə, 1991-də Moskvada da qan tökəydi də. Day niyə əsgərli- zabitli tankdan düşüb rus xalqının tərəfinə keçirdilər? Həmin ordu idi də, Macarıstanda girib 3 minədək ölü, 13-ninədək yaralı qoyub çıxmışdı."
Əvəzində dedilər ki, Azərbaycan erməni məsələsi ilə bağlı ilk şəhidləri 1991 -də verib (deyəsən Çaykənddə dedilər). Halbuki Azərbaycan ilk şəhidi (Əli və Bəxtiyar) 1988-ci ildə Əsgəran yaxınlıında verib.
İlqar Rəsul