adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Yanvar 2021 19:01
62610
ŞOU-BİZNES
A- A+

Anar Şəbnəm Tovuzlunu tənqid etdi: “Şalvar dardır” - FOTO

“Şəbnəm Tovuzlu çox yaxşı xanımdır, şəxsi tanışlığımızda var. Fikir söyləyəcəm, deyəcəklər ki, Şəbnəm həmişə qınaq obyekti olur deyə Anar da üstünə getdi”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev kanallardan birində qonaq olarkən Şəbnəmin 2 fotoda yer alan geyimlərinə dair söyləyib:

“1-ci fotoda şalvar bir az dardır. Rəng harmoniyası pis deyil. Uyğunlaşdırıb. Bir tək şalvar dardır, bir də üzərində olan köynək üz cizgilərini çox qabardıb. Sinəsi bir az açıq olsaydı və ya həmin köynəyin yerinə cins nəsə geyinsəydi, pis olmazdı.

İkinci foto ilə bağlı sussam, daha yaxşı olar. Bu fotosessiyanı mən etdirsəydim, şadlıq sarayının stulunu qoymazdım. Min doqquz yüz neçənci ildən qalma şadlıq sarayı stuludur. Qoyardım sadə bir stul. O uzunluqda olan paltara elə ayaqqabı geyinmək düzgün deyil. Stul yalnışdır, ayaqqabı yalnışdır. Saat taxmalı deyildi. Əlindəki bardağı da uyğun hesab etmirəm. Şəkillərə baxırsan, sanki 1999-cu ildə çəkilib”.

Rövşən Tahir