adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Yanvar 2021 15:45
53965
ŞOU-BİZNES
A- A+

Renka Pərvinlə bağlı fikir bildirdi: “Ayıbdır”

Son günlər aktrisa Pərvin Abıyeva ilə bağlı söz-söhbət səngimək bilmir ki, bilmir. Onun “instagram” hesabı üzərindən canlı yayım açaraq “Kasıb oğlana ərə getmərəm. Heç bir qız kasıb oğlana ərə getmək istəməz Nə qədər sevsə də, getməz. Hanısa oğlan deyirsə ki, kasıbam, günahı onda görürəm” fikirlərini söyləməsi gündəmi alt-üst etdi.

Pərvinin bu açıqlamasının ardından Azərbaycanlı Əsgər ona “Sənin nəslini kasıb oğlanlar qoruyur” cavabını verdi. Söhbət şişdikcə şişdi. Abıyevaya qarşı insanların aqressiyası hiddətləndi. Bütün bunlardan sonra “instagram”da bir neçə səhifədə Pərvininin guya porno videosunun olması haqqında xəbər yer aldı.

Videonun yayılmasının ardınca aktrisa növbəti dəfə canlı yayım açaraq açıqlama verib. Porno videonun onunla heç bir əlaqəsi olmadığını dilə gətirən Abıyeva bunun ona qarşı qarayaxma bir kampaniya olduğunu vurğulayıb.

Pərvinin müdaifəsinə Rəqqasə Renka da qalxdı. Şəxsi “instagram” hesabının hekayələr bölümündə Renka “Bəsdirin, ayıbdır, bir qadının üstünə düşüblər. Nə qədər olar?! Qıraqdan baxıram, əsəblərim pozulub. Hamımız azərbaycanlıyıq, düşmüsünüz bir nəfərin üstünə. Ayıbdır. Pərvin, nə fikir ver, nə də cavab vermə. Səni tanıyan tanıyır” kimi sözlər yazıb.

Rövşən Tahir