SON DƏQİQƏ:

İnfeksionistdən maska taxılması ilə bağlı vacib AÇIQLAMA

  15035   |  
Şriftin ölçüsü  

Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya prosesinə başlanılıb. İlkin olaraq tibb işçilərinin və 65 yaşdan yuxarı şəxslərin vaksinasiyaya cəlb olunması davam edir.

Əhali arasında vaksin vurulan şəxslərin sonrakı vəziyyəti və pandemiya ilə bağlı karantin qaydalarına riayət edib-etməmələri barədə müzakirələr başlayıb.

İnsanları düşündürən suallardan biri vaksin vurulan şəxslərin maska taxmasının vacib olub-olmamasıdır.

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran infeksionist Nicat Əzimli deyib ki, dünyada hansısa xəstəliyə qarşı elə bir vaksin yoxdur ki, insanları virusa yoluxma riskindən 100 faiz qorusun:

“Bu səbəbdən maskaya əlbəttə ki, ehtiyac var. Vaksinin ilk olaraq birinci dozası vurulub. Bu proses tamamlanmış hesab olunmur. İkinci tərəfdən isə elə bir vaksin yoxdur ki, o vurulduqdan sonra biz əminliklə deyə bilək ki, şəxsdə qoruyucu immunitet əmələ gəlir. Bu 100 faiz olmadığı üçün vaksin vurulan şəxslərdə də yoluxma təhlükəsi qalır.

Odur ki, vəziyyətdən asılı olmayaraq insanlar gündəlik olaraq gigiyena qaydalarına riayət etməlidirlər. Sosial məsafəyə riayət olunmalı, tibbi maskadan təyinatına uyğun olaraq istifadə olunmalı və karantin qaydalarının digər tələbləri də mütləq nəzərə alınmalıdır”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK