adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Yanvar 2021 23:20
36502
İDMAN
A- A+

Runi karyerasını bitirdi, rəsmən baş məşqçi oldu

“Mançester Yunayted”in sabiq kapitanı Ueyn Runinin “Derbi Kaunti”yə baş məşqçi təyin olunması rəsmən təsdiqlənib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandada oyunçu kimi də çıxış edən 35 yaşlı mütəxəssis futbolçu karyerasını bitirdiyini açıqlayıb. Beləliklə, Runi İngiltərə klubuna rəsmən baş məşqçi təyin olunub. Onunla 2023-cü ilin yayınadək müqavilə imzalanıb.

Runi noyabr ayından “Derbi Kaunti”nin baş məşqçisi vəzifəsini yerinə yetirirdi. Komanda onun rəhbərliyi altında 9 matça çıxaraq, 3 dəfə qələbə qazanıb, 4 dəfə heç-heçə edib və 2 dəfə məğlub olub.

Qeyd edək ki, Runi 2004-2017-ci illərdə “Mançester Yunayted”də oynayıb. O, 2003-2018-ci illərdə də İngiltərə millisinin formasını geyinib.