adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
13 Yanvar 2021 19:35
26613
İDMAN
A- A+

Futbolçuların saç düzümünə görə alman bərbərlər ayağa qalxdı

Almaniyada bərbərlər Futbol Assosiasiyasının prezidentinə oyunçularla bağlı şikayət ediblər. 

Bu barədə RT xəbər yayıb.

Mərkəzi Bərbərlik Dərnəyindən ünvanlanan məktubda pandemiya səbəbiylə təxminən 80 000 salonun bağlı olmasına baxmayaraq, idmançıların meydana yalnız xüsusi avadanlıqların köməyi ilə peşəkar bərbərlər tərəfindən düzəldilməsi mümkün olan saç düzümləri ilə çıxdığı bildirilir.

Həmkarlar ittifaqı futbol ulduzlarının bütün sənayeyə təzyiq göstərdiklərini əlavə ediblər. Çünki idmançılar hər zaman cəmiyyət üçün nümunə olub, müştərilər də onlara baxaraq salonlara zəng vurur və karantin qaydalarını pozaraq saçlarını kəsmələrini xahiş edirlər.

“Belə məqamlarda həmrəylik göstərin”, - deyə təşkilatdan çağırış edilib.

Futbol Assosiasiyası hələ ki, bununla bağlı şərh verməyib.