SON DƏQİQƏ:

Xudavəng monastrının dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olunub - VİDEO

  23965   |  
Şriftin ölçüsü  

Alban-udin xristian icmasının üzvləri Kəlbəcərdəki Xudavəng monastrında olublar

Adalet.az-ın məlumatına görə, din xadimləri monastrda dini ayinlər icra ediblər. Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırının vaizi təyin olunub.

Azərbaycan Alban-udin xristian icmasının sədri Robert Mobili bildirib ki, bu yerlərə qayıtmağımıza görə şəhidlərimizə borcluyuq:

"Kəlbəcər bizim üçün adi yer deyil, Kəlbəcərdə çoxlu sayda Alban məbədləri var. Biz bugün Xudavəng məbədinə gəlmişik. Biz burda Alban kilsəsinin dini varisləri kimi iştirak edirik, kilsədə dini ayinləri icra edirik".

Qeyd edək ki, Kəlbəcərdəki Xudavəng monastır kompleksi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub olub. Mövcud mənbələrə görə, Xudavəng monastırı İsa Məsihin həvarisi (apostolu) Faddeyin şagirdi Dadi tərəfindən yaradılıb. Bu isə monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Ərazi Qafqaz Albaniyasının müasir Qarabağın aran və dağlıq vilayətinin “Rostok” adlı bölgəsinə aid idi. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edirdi.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK