SON DƏQİQƏ:

DÖVLƏTÇİLİYİMİZDƏ İSLAHAT VƏ ZƏFƏR MƏRHƏLƏSİ

  24287   |  
Şriftin ölçüsü  

Bu günlərdə ölkə mətbuatında maraqlı bir məqalə oxudum. Məqalənin müəllifi Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə Əlaqələr Şöbəsinin müdiri Ədalət Vəliyev idi. Öncədən onu deyim ki, təhlili xarakter daşıyan və kifayət qədər fatlara söykənən bu məqalədə müəllif müstəqilliyimizin 29 illik tarixi müddətində xalqımızın yaşantıları, eləcə də bir dövlət olaraq möhkəmlənməsi, dünyaya və böyük siyasətə qovuşması çox peşəkarcasına öz ifadəsini tapıbdır. Ona görə də siyasi məzmunlu məqalə bir oxucu kimi məni yormadı. Əksinə, bilmədiklərimi, məlumatsız olduğum məqamları mənə diqtə etdi.

Doğrudur, hər bir Azərbaycan vətəndaşı xalqımızın təkidi ilə ikinci dəfə hakimiyyət kürsüsünə qayıtmış ümummilli liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasının artıq tarixi gerçəklik kimi qəbul edibdi. Odur ki, bu tarixi gerçəkliyi qısa, lakin missiyanın çalarlarının ifadə edəcək şəkildə oxucuya çatdırmaq peşəkarlıq tələb edir. Hörmətli Ədalət Vəliyev də həmin peşəkarlığı bu məqalədə sərgiləməyi bacarıbdı. Və bizə xatırladır ki, “1992-ci ildə xalqın adından onun yenidən ümumrespublika səviyyəsində aktiv, siyasi fəaliyyətə

dəvət edən 91 ziyalıya verdiyi cavabla Ümummilli Lider yalnız öz siyasi manifestini deyil, Azərbaycan dövlətinin gələcək hədəflərini müəyyən etdi...”

Bax, məqalənin girişindəki bu konkret fikir bir daha yaddaşımızda ötən illəri təzələdi. Xatırladıq ki, məhz həmin zaman Azərbaycanı bürümüş xaos, hərc-mərclik, qardaş qırğını təhlükəsi, dövlət çevrilişi cəhdi, bir sözlə, bir başıpozuqluq hökmranlıq edirdi. Həmin dalğada etnik qrupların, millətçi mövqelərin baş qaldırması da gerçəkliyə çevrilmişdi. Bunların qarşısını almaq üçün böyük iradə, böyük təcrübə, həm də xalqını, dövlətini sevən müdrik rəhbərə ehtiyac vardı. O rəhbər də Ulu Öndər idi! Onun, yəni Ümummilli Liderin söylədiyi fikrin məqalədə yer alıması müəllifin biz oxuculara təqdim etdiyi mövzunun şah damarlarından biridir. Ümummilli liderimiz vurğulayırdı ki, “Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir”. Elə bu vəzifə və şərt də Ümummilli Liderimiz tərəfindən gerçəkləşdirildi. Azərbaycanın inkişafı da bu prinsip və şərtin üzərində davam etdirildi. Öz məqlsində özülün məhz Ulu Öndər tərəfindən deyilən vəzifə və əsas şərtin olduğu bugünkü inkişaf və quruculuq indi tarixi gerçəklikdir. Təbii ki, həmin gerçəkliyi də bizə yaşadan Azərbaycan prezidenti cənab İlham Əliyevdir. Bu məqamda müəllifin istinad etdiyi möhtərəm

prezidentimizə aid fikir, yəni “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” – məntiqi bu gün artıq hər birimizin görüb və hiss etdiyimiz reallıqdır. Həmin fikri şərh edən məqalə müəllifi bildirir ki, Azərbaycanın 29 illik inkişaf yolunda addım-addım iqtisadi yüksəlişə, siyasi müstəvidə irəliləyişlərə, ən vacibi isə ölkə daxilində həmrəyliyə nail ola bilmişik. Hər kəs his edib və güvənib ki, onun Heydər Əliyevin varisi olan gənc və qətiyyətli siyasi meydanda sözünü deməyi bacaran prezidenti var. Bu da o deməkdir ki, bu gün Azərbaycana rəhbərlik edən həqiqətən hər birimizin prezidentidi. Bu yolda ölkənin həm iqtisadi gücü, həm yeraltı, yerüstü sərvətləri, eləcə də ziyalı potensialı birmənalı şəkildə xalqın xidmətindədir. Dövlətin qüdrətinin artırılmasına xidmət edir.

Məqalə müəllifi bizə təqdim etdiyi fikirlərini müəyyən tezislər şəklində sərgiləyibdi. Bu da imkan verir ki, oxucu həmin tezilərdən mövzunun mahiyyətini anlayıb həzm edə bilsin. Bu mənada ““qara qızıl”ın insan kapitalına çevrilməsi”, “beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda lider dövlət”, “hər bir azərbaycanlının qürur mənbəyi” və digər tezislərdən aydın olur ki, Azərbaycan iqtidarı prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan insanını qürurlandırır. Onun regionun ən öncül mövqelərinə çıxarır. Və dünyaya da göstərir ki, biz

regionda lider dövlət olmaqla yanaşı, həm də etibarlı tərəfdaşıq. Bizimlə bağlanan müqavilələr, imzalanan sənədlər bütün mənalarda güvəndədi. Və onların icrası üçün də Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri ən yüksək səviyyədə gerçəkləşdirmək gücünə malikdir. Bu işdə də bizim ən böyük sınaq nöqtəmiz Ulu Öndərimizin müəyyənləşdirdiyi balanslaşdırılmış, çoxvektorlu xarici siyasət kursunun uğurla davam etdirilməsidir. Müəllif yazır ki, “dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlər qorunmuş, beynəlxalq güc mərkəzlərindən gələn təyziqlər nəinki uğurla neytrallaşdırılmış, həm də toqquşan maraqlar uzlaşdırılaraq Azərbaycan sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevrilmişdi”.

Təbii ki, bu da hörmətli Ədalət Vəliyevin dediyi kimi, hər bir azərbaycanlının qürur mənbəyinə çevrilmişdi. Ona görə də ölkəmizdə keçirilən beynəlxalq yarışlar, konfranslar və digər tədbirlər yüksək səviyyədə təşkil olunmuş, Azərbaycana səfər edən hər kəs burdakı qonaqpərvərlikdən, xüsusilə özlərinin təhlükəsizliyindən məmnun qalmışdılar. Yeri gəlmişkən, müəllif onu da xatırladır ki, ölkədə aparılan bütün bu iqtisadi-siyasi müstəvidəki uğurlarda cənab Prezidentlə yanaşı, ölkənin Birinci Vitse-prezidentinin də xidmətləri danılmazdır.

Hörmətli Ədalət Vəliyev məqaləsində onu da vurğulayır ki, “Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də

andiçmə mərasimində islahatların yeni dalğasını anons etmiş, ölkənin ictimai-siyasi mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatalrın yeni mərhələsi başlamışdır”. Bax, elə bu mərhələ də artıq aktiv müstəvidədir və hər kəs də son iki ildə ölkənin həm idarəçiliyində, həm iqtisadi-syasi məsələlərin reallaşmasında baş verən yeniliklərin şahididir. Bunun ən bariz nümunələrindən biri ölkənin Milli Məclisində edilmiş yeniliklərdi. Təbii ki, ən ali qurumlarda aparılan islahatlar ölkə daxilindəki idarəçilikdə yeni siyasi mədəniyyətin də yaranmasına səbəb olmuşdur. Qəbul edilən qərarlar, xüsusilə 44 günlük Böyük Vətən Müharibəmiz siyasi müstəvidə həmrəyliyi, vətən, torpaq, dövlət naminə birləşmənin real nümunəsinə çevrildi. Hər kəs gördü və məmnun qaldı. Azərbaycan xalqı 50 siyasi partiyanın Ali Baş Komandanımızın, Prezidentimizin ətrafında birləşməsinin və bu dəmir yumruğun da Ordumuzu Qələbəyə aparmasının sevincini yaşadı.

Bəli, həm elmi, həm də ictimai məzmunlu bu məqalədə Azərbaycan dövlətinin və xüsusilə iqtidarının keçdiyi müstəqillik yolu, bu yolda özünütəsdiq, iradə nümayiş etdirmək qüdrəti, eləcə də Böyük Vətən Müharibəsindəki Qələbəmizin obrazlı desək, eskizləri yazıya alınıb. Müəllif bununla bizim hər birimizi maarifləndirmək və eləcə də görülən işlərdən xəbərdar olmaq imkanını bizə yaradıb. Deməli, dövlətimizin keçdiyi islahatlar və Zəfər

mərhələsi qüdrətli əldə və uğurlu yoldadır. Buna heç kimin şübhəsi olmasın!

 

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK