SON DƏQİQƏ:

Ermənilərin törətdikləri terror aktları və təxribatlar

  38267   |  
Şriftin ölçüsü  

(əvvəli ötən sayımızda)

 

18) 29.07.1906

-Ermeni quldur birləşmələri azərbaycanlılar yaşayan Karxana kəndinə basqın edərək kəndin bütün kişilərini öldürmüş, qaçıb təpələrin arasında gizlənmiş 30 nəfər qadın və uşaq rəhmsizcəsinə məhv edilmişdir. Qadın sakinlərinden bir nəfər de canını quldurlardan qurtara bilməmişdir.

19) 21.02.1914

-Türkiyənin Qars və Ərdahan şəhərlərində Türkiyə parlamentinin deputatı "Hinçaq" təşkilatının üzvü Stepan Ter Danilyanın rəhbərliyi ilə 30 minədək türk qətlə yetirilmiş, körpələr odda yandırılmışdır.

20) 25.02.1915

-Rus ordusunun Van şəhərini tez bir zamanda zəbt etməsi üçün ermənilər qiyam qaldırdılar. Türk kişilərini cəbhədə olduqlarını bilərək kəndlərə soxulmuş qadın va uşaqları qırmışlar. Van şəhərinin müsəlmanlar yaşayan məhlələrini tamam yandırmışlar.

21) 12.02.1918

-Türkiyənin Ərzurum şəhər dəmiryol stansiyasında erməni silahlı quldurlar 10 nəfərgünahsız türkü güllələmişlər.

22) 17.02.1918

-Türkiyənin Tənəköy kənd sakinləri cinsindən və yaşından asılı olmayaraq, quldur başçısı Andranik Ozanyanın rəhbərliyi ilə tamamilə qılıncdan keçirilmişdi.

23) 20.02.1918

-Ərzurumda erməniler 270 türkü Yakutiya qornizonunun hamamına doldurub öldürmüşlər.

24) 25.02.1918

-Ərzrum dəmiryol stansiyasında erməni quldurları10 türkü qetla yetirmişlər.

25) 18.03.1918

-Şamaxı. Səhər tezdən erməni quldurbirləşmələri şəhərə soxulmuşlar. Onlar evləri yandınır, tanınmış ictimai xadimləri, ziyalıları öldürürlər. Rusiyanın Birinci Dövlət Dumasının sabiq üzvü Memmadtağı Əliyev də xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Dinc sakinlər ağılasığmaz işgəncə və əzab-əziyətyətlə öldürülürdüler. Küçələr işgəncə verilmiş, döşləri kəsilmiş və qarınları

yırtılmış qadınların meyidləri ilə dolu idi. Payalarla torpağa sancılmış uşaqların qalaq-qalaq meyitləri şahidləri dəhşətə gətirmişdi. Fövqəladə istintaq komissiyasının üzvü A.Novatskinin fikrincə, Şamaxını viran qoyan erməni quldur dəstələri bir ideyadan öldürmək və qarət etmək, qarət etmək və öldürmək ideyasından ruhlanmışdırlar.

26) 19.03.1918

-Bakı fövqəladə istintaq komissiyasının sənədlərində deyilir ki, martın 19-da tezdən azərbaycanlıların hələ yatdıqları vaxt şəhərin onlar yaşayan hissəsinə hücum başlan- mışdır. Azərbaycanlılar nələr baş verdiyini hələ anlaya bilməmişdilar. Qanlı əməliyatların bilavasitə başçısı "Daşnaksütyun" terror təşkilatının fəallarından biri Bakıda qeyri erməni əhalini kütləvi surətdə qırmaq barədə S.Şaumyanın göstərişini yerinə yetirən Stepan Lalayev olmuşdur. Komissiyanın sənədlərinəgorə, o dinc vətəndaşların öldürülməsində şəxsən iştirak edirdi.

Xüsusi mühim işlər üzrə məhkəmə müstəntiqi Komarovskinin raportuna görə, erməni quldurlar Bakının mərkəzi küçələrində evlərə soxulur ve silahsız sakinləri öldürürlər.

27) 21.03.1918

- Bakı. Şahidlərin dediklərinə görə, "Daşnaksütyun" terror təşkilatının saqqallılardan ibarət dəstəsi rus inqilabının bayrağı altında İçəri şəhərin girəcəyindəki binanı mühasirəyə almışdır.

Burada 2000 nəfərədək yaralı və xəstə azərbaycanlı, rus, ləzgi və yəhudi vardı. Erməni terrorçu Hamazaspın və "Daşnaksütyun"un üzvü öz qədarlığı ilə ad çıxarmış Anastas Mikoyanınəmri ilə emənilər həmin binaya kerosin tökərək hər tərəfdən od vurmuşlar.

Bu dəhşətli mənzərəni uzaqdakı bir binanin damından açılan iri deşikdən müşahidə etmiş Bakı sakini demişdir ki, o, yanıb kömürə dönmüş və qalaq-qalaq yığılmış meyidlərin arasında yarımcan adamlar görmüşdür. Onlar dözülməz o əzab-əziyyət içində qivrilir, inləyirdilər.

28) 20-21 mart 1918

-Gözəldərə. Kənd sakinləri Novruz bayramın qeyd edərkən təpədən-dırnağadək silahlanmış erməni quldurları kəndə basqın etmişlər. Həmin günlərdə 600 dinc sakin öldürülmüş, kənd isə yandırılmışdır. Müsəlman qadınların kiçik bir dəstəsi meşəyə qaçmış, lakin ermənilərəəsir düşməkdən qorxaraq özlərini öldürmüşler.

29) Mart 1918

-Şamaxı. Şamaxı qəzasındaki Qubalı kəndinə hücum edən erməni quldurları 250 kişini. 150 qadını 135 uşağı görünməmiş üsullarla öldürmüşlər. Südəmər körpələrin kütləvi surətdə öldürülməsi dünya tarixində görünməmiş haldır.

30) Mart 1918

-Şamaxı.Quşçu kəndinə ermənilərin basqını nəticəsində 192 kişi, 115 qadın, 25 uşaq öldürülmüşdür. Kəndlilərin əmlakı talan edilmiş, evləri yandırılmış, müsəlmanların müqəddəs kitabı və məscidi mundarlanmışdır.

31) Aprel 1918

-"Daşnaksütyun"un göstərişini yerinə yetirən silahlı erməni quldur birləşmələri Bakıdan Navahi stansiyasına gəlmiş va savet hakimiyyəti adından yerli əhaliyə ultimatum vermişlər. Sakinlər dırnaqların hakimiyətini tanımaqdan imtina etdikdə onlara amansızcasına divan tutulmuştur. Həmin stansiyada ermənilər 55 kişini, 260 qadını va 140 uşağı öldürmüşlər. Qətlə yetirilənlər və yaralananlar arasında Azərbaycan, rus, ləzgi ve yahudi millətlərinin numayəndələri vardı.

32) 25.04.1918

-Qars. Erməni quldurlar qars vilay ətinin şərqində yerləşən Subatan kəndində 750 türkü öldürmüşlər. Şahidlərin dediklərinə görə, ermənilər 257 uşağı Tıptib küçəsinə yığaraq qaddarcasına qətlə yetirmişlər.

33) 29.04.1918

-"Daşnaksütyun" terror təşkilatının göstərişini yerinə yetirən quldur dəstələri Gümrü yaxınlığında 3 min adamı öldürmüşlər.

34) Aprel 1918

-Hamazaspın dəstəsinin hətta südəmər körpələrə rəhm etmədiyindan xəbər tutan Devaçibazar va Qızılburun kəndlərinin sakinləri yığınçaq keçirərək 15 nəfər hörmətli ağ- saqqalı quldur dəstəsini duz-çörəklə qarşılamağa göndərməyi qərara almışlar. Bu yerlərin sakinləri əminidilərki,Qafqazadətinə uyğun olaraq agsaqqalların duz-çörəklə qarşıya çıxması sülhsevərlik va qan tökülməsinə yol verməməyə çalışmaq rəmzi sayilir. Amma Hamazasp quldurlarının bu qocalara qarşı törətdiyi vəhşilik bütün mahalı sarsıtdı...

35) 1-2 may 1918

-Quba Fövqəladə istintaq Komissiyasınınüzvü A.Novatskinin məruzəsinə görə, Hamazaspın dəstəsi səhər tezdən Quba şəhərini mühasirəyə almışdır. Mülki əhalininsilahsız olduğundan xəbər tutan ermənilər Qubaya soxularaq 200 evi və 22 məscidi dağıdaraq yandırmışlar. Təxminən üç min nəfər öldürülmüşdür.

35) 21 may 1918

-Axalkalaki. Rus hərbi həkimi Xoroşenkonun malumatına görə, "Daşnaksütyun"un peşəkar qatilləri Axalkalaki ve etraf kəndlərdə yüzlərlə azərbaycanlını doğram-doğram etmişlər. Malumatda deyilirdi: "XX əsrinsivilizasiyalı ermənilərinin vəhşilikləri bax,budur"

37) May 1918

-Artyom Avaesovun başçılıq etdiyi erməni quldur birləşmələri Xaçmazdan Qubayadəkbütün yol boyunca yaşayan dinc əhaliyə qanlı divan tutmuşlar. Öldürülmüş azərbaycancanlıların bir qisminin meyitlərini iki-iki, beş beş bir qəbirdə basdırdılar. Tarixi sənədlərə görə dəstenin başçısı Hamazasp deyirdi ki, bütün müsəlmanları tadağlaradak məhv etmək əmri almışdır.

38) 05.02.1919

-Saqqalı silahlı ermənilər Abdulluq kəndinə daxil olub 25 uşağı, 15 qadını, 50 kişini vəhşicəsinə öldürüb, 144 evi yandırıb. Gilani, Turani kəndində 10 kişini, 1 qadın va bir uşağı qətlə yetirərək yandırmışlar.

39) 06.02.1919

-Erməni quldurları Mehman kəndinə hücum edib, 29 kişini, 10 qadını, 12 uşağı öldürmüş, 37 evi yandırmışlar.

40) 07.02.1919

-Kərənti kəndinə hücum edən erməni quldurları 15 kişini, 3 qadını, 5 uşağı qətlə yetirmiş, meyidləri təhqir etmişlər.

 

(ardı növbəti sayımızda)

 

Əvəz Mahmud Lələdağ

Şair, dramaturq,

publisist.

SDU-nun müəllimi

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK