adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Noyabr 2020 15:27
39305
LAYİHƏ
A- A+

Ermənilərin törətdikləri terror aktları və təxribatlar

XX yüz ilin əvvəllərindən başlayaraq erməni terrorçuları Azərbaycan xalqına qarşı bütün türk dünyasını əhatə edən ağlasılmaz terror aktları törədiblər.Rəsmi qeydiyyatdan keçmiş, erməni terrorçuları tərəfindən törədilən terror aktları barədə xronoloji məlumat aşağdakı kimidir.

1) 02.02.1905

-Qazar Stepanyasın Zəngəzur mahalının Qarakilsə bölgəsinə hücumu zamanı yüzbaşı Səttar Mürsəl oğlu Əhmədov Uz kəndində yaşayan terrorçu Artyun Manuxyan tərəfindən qətlə yetirilib.

2) 1903-cü ildən Daşnakstün partiyasına qoşulan faşist Droqanayan, Qazar Stepanyansın Zəngəzur məğlubiyyətindən sonra 1905-ci ildə Bakıya gəlir.Bakıda meydana gələn erməni müsəlman qarşıdurmasında iştirak edir.Şəhər meri Nakaşidzenin faytonuna bomba atır.Partlayış nəticəsində qubernator həlak olur.

3) 05.02.1905

-Bakı şəhərinin Sabunçu qəsəbəsində Ağar Babayev ermənilər tərəfindən öldürülüb. Erməni alimi və yazıçısı Setrak Libarityanın yazdığına görə, 1904-1906 illər ərzində erməni terrorçuları 105 nəfər azərbaycanlı qətlə yetiribler.

4) 06.02.1905

-Bakının Mixaylovsk şəhər xəstəxanasında Bagrat Lalayanın, Aram Babayantsin, Ter Osinyanın təhriki ilə 51 nəfər dinc əhali terrorçuların hücumuna məruz qalır. Qətlə yetirilənlərin 34 nəfəri azərbaycanlı olur.

5) 07.02.1905

-Bakı şəhərində erməni terrorçuları tərəfindən 100 nəfərdən çox müsəlman qətlə yetirilib.

6) 09.02.1905

- Bakı yenə də həmin erməni terror təşkilatışəhər sakinlərini qətl-qarət etmişlər. Erməni terrorçularının Bakıda hələ 1904-cü ilin axırlarında yayılmış intibahnamələrində ifadə olunmuş hədə-qorxuları ardıcıl sürətdə həyata keçirilmişdir. Qatillər kütləvi qırğınlar törətdikdən sonra varlı ermənilərin evlərinə yığışmış və binaların pancərələrindən, dam- larından şəhərin küçələrinə atəş açmış, bomba və qumbaralar atmışlar. 1905-ci ilin 6-10 fevral hadisələri tarixə "Bakı şəhərində qanlı qətl" kimi daxil olmuşdur. Yuxarıda adları çəkilən varlı ermənilərlə yanaşı, Mantaşev, Terqukasov, Melikyants da öz proqramlarını həyata keçirməyə başlamış "Daşnaksütyun" beynəlxalq terror təşkilatının üzvləri və sponsorları idilər.

7) 20.02.1905

-İrəvan quberniyasından erməni vəhşiləri görünməmiş qırğın törətmiş, insanları qətlə yetirmiş, yandırmış məhv etmişlər. Zəngəzur Dərələyəz, Vedibasar, Sürməli, Zəngibasar bölgələri erməni basqınlarına məruz qalmışlar.

8) 21.02.1905

-Türkiyənin İstanbul şəhərində "Taşnaksyütun" partiyasının terrorçu üzvləri dövlət xadimləri Soltan Əbdul Hamida suo-qəsd ediblər. Erməni siyasətçisi Karen Papazyan "Eybəcərləşmiş vətənpərvərlik" adlı kitabında yazır: "Soltan Əbdül Həmidin həyatına edilen sui-qəsd siyasi məqsədlərə terror yolu ilə nail olmaq üçün ifrat tetbirlərin biri idi. Bombalar vaxtından əvvəl partladığı üçün terror əməliyyatı baş tutmadı". Türkiyyənin dövlət başçısı nəyə görəsə humanistlik göstərib, erməni terrorçularının günahından keçib. Amma ermənilər 100 ildir ki, utanmadan, xəcalət çəkmədən Soltan Əbdül Həmidi günahsız erməniləri məhv etmiş, qəddar, müstəbid və məkrli siyasətçi adlandırıb və dünya ictimaiyyətinə olmayan böhtan dolu fikirlər çatdırırlar.

9) 22.05.1905

-Naxçıvan. Erməni quldur birləşmələri dinc əhaliyə qarşı qanlı azğınlıq törətmişlər. Öldürülənlər arasında qadınlar, uşaqlar və qocalar var idi.

10) May 1905

-Zəngəzur. Erməni quldur birləşmələri şəhərin dinc əhalisinə qanlı divan tutmuşlar. Onlarla adam öldürülmüşdür. Şahidlərin dediklərinə görə, calladlar təsəvvürolunmaz, ətürpədici edam üsulları tətbiq etmişlər. Məsələn, adamları əl-ayaqlarından nəhəng ağacların əyilmiş budaqlarına bağlayırdılar. Sonra kəndiri kəsərək budaqlarıburaxırdılar.

11) 08.08.1905

-Gəncə qubernasiyasının Şuşa qəzasında Vənd kəndinin 300-dən çox erməni qulduru yaxınlıqdan keçən karvana basqın etmişdir. Onlar tacirləri öldürüb əmlaklarını talamışlar. Bundan sonra vəhşiləşmiş erməni qaniçanləri qonşu müsəlman kəndinə basqın edərək Abbas bəyin oğlunu, qardaşını, nökərlərini qətlə yetirmişlər. Hadisədən az sonra hücum edib kəndin bütün sakinlərini qəddarcasına öldürmüş, evlərini yandırmışdılar. Əsgəri xidmətdən silah oğurlayıb qaçan erməni əsgərləri də quldarlara qoşulub dinc əhalini məhv etmişlər. Onlann məqsədi Şuşanın, Dağlıq Qarabağın arazisində yaşayan azərbaycanlıları qovmaq, çıxarmaq idi. Lakin tarixdə haqq-ədaləti üzə çıxaran ziyalılar olublar. Rus alimi M.A.Skibitski yazırdı:XX əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində ermənilərlə azərbaycanlıların etnik nisbati müvafiq surətdə 1/4 nisbətinde idi. Başqa sözlə yaylaq ve otlaq istifadeçilərinin 72,6%ni azərbaycancanlılar təşkil edirdi. M.A.Skibitski kitabda "Qarbağın dövlət yaylalarının xəritəsini verdiyini də bildirmişdir. Lakin bu nadir xəritə Sankt-Peterburqun, Yerevanın kitabxanalannda yoxa çıxmışdır.

12) 20.08.1905

-Bakı şəhərində yaxşı silahlanmış erməni quldur birləşmələri şəhərin əhalisi sıx olan müsəlman məhəllələrinə basqın etmişdilər, Çox böyük sayda insan vəhşicəsinə öldürülmüş, kişilərin başları kəsilmiş, hamilə qadınların qarınlannı yırtır,ana bətnində formalaşan uşaqları oda salır, su quyularına tökür, meyidləri dənizə atırlar.

13) 21.08.1905

-Şuşa qəzasının kəndlərinin birində məktəbdə təmir işləri aparan adamlara basqn edən erməni quldurları 17 neferin başini kəsmişlər.

14) 03.10.1905

-Sırxavənd.Erməni terro və quldur birləşmələri kəndə basqın etmişlər. Əməliyyata erməni terrorçu Hamazasp başçılıq edirdi "Daşnaksütyun" terror təşkilatının komitəsi dinc kəndliləri xüsusi vəhşiliklə qırdığına görə ona general rütbəsi verilmişdir. Çoxqisa müddətdə viran qoyulan Sirxavandkəndi azərbaycanlıların meyitləri ila dolmuşdur. Quldurlar hətta qocalara rəhmetmir, körpələri isə bir yerə yığıb kütləvişəkildə öldürdülər.

15) 01.01.1906

-Papravənd. Erməni quldur birləşmələri azərbaycanlıların Papravənd kəndinə basqın etmişlər. Sakinlər dinc şəkildə müqavimət göstərsələr də kənd işğal olunmuşdur. Erməniler kişilərin başlarını kasir, hamilə qadınların qarnını qılıncla yarır va hələ dünyaya gəlməmiş uşaqların başlarını vururdular. Qırğına erməni quldur Andronik rəhbərlik edirdi. Əsrin əvvəllərində Rusiyanın Ərzurumdakı konsulu general Q. Mayevski onun haqqında yazmışdı: "1901-ci il qışın əvvəllərində Andronik adlı birisinin erməni quldur dəstəsi Muş həndəvərində peyda olmuşdur."

16) 16.02.1906

-Erməni quldur birləşmələri Bakı şəhərinin sakinlərinə dəhşətli divan tutmuşlar. Rus arxivlərinin materiallarına, şahidlərin dediklərine söykənərək deyə bilərəm: - Bakıda avqust ayında baş verən hadisə qaddarlığına görə həmin ilin fevralında törədilmiş faciəni kölgədə qoymuşdur.

17) 12.07.1906

-Şuşa qəzasının yaxınlığındakı erməni kəndlərinə toplanmış 10 min nəfərdən ibarət quldur birləşmələri Şuşa şəhərinə miqyaslı hücuma keçmişlər. Döyüşlər 5 gün. 5 gecə davam etmişdir. Bütün müsəlman evlərinə bombalar atır,südəmər körpəlari beşiklə birlikdə yandırır, uşaqları analarının əlindən alıb başlarını kəsirdilər. Quldurlar "Daşnksyütun" partiyası nizamnaməsində yazılanlara əməl edirdilər. Erməni mənafeyini güdməyənləri, iştirak etməyən, boyun qaçıran ermənileri terror təşkilatının hökmü ilə edam edirdilər.

 

(ardı növbəti sayımızda)

 

Əvəz Mahmud Lələdağ

Şair, dramaturq, publisist.

SDU-nun müəllimi

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.