adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
25 Noyabr 2020 20:21
32941
İQTİSADİYYAT
A- A+

Qarabağın turizm potensialı Dubayda keçirilən sərgidə nümayiş olunub

Beynəlxalq sərgidə Qarabağ və onun turizm potensialı tanıdılıb.

Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, 23-24 noyabrda Azərbaycan Turizm Bürosu (ATB) Dubayda keçirilən “Gulf Travel Show” sərgisində iştirak edib.

Pandemiyası səbəbilə virtual formada təşkil olunan sərgiyə Yaxın Şərq, Afrika, Asiya, Avropa və Amerikadan olan 1000-dən çox iştirakçı qatılıb. Sərgi çərçivəsində ATB əməkdaşları 35-dən çox görüş keçiriblər.

Görüş iştirakçılarına işğaldan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialı haqda və müvafiq tədbirlərdən sonra bölgənin yeni turizm destinasiyaları sırasına daxil ediləcəyi barədə məlumat verilib. Xarici tur operatorlar Azərbaycana böyük maraq göstərdiklərini və səfərlərin təşkilinə davam etmək üçün sərhədlərin açılmasını gözlədiklərini diqqətə çatdırıblar.