SON DƏQİQƏ:

Prezident xalqa müraciətində Qarabağın tarixi torpağımız olduğunu dünyaya necə sübut etdiyindən danışıb

  9164   |  
Şriftin ölçüsü  

Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen təhlükəsizlik konfransında bütün dünyaya canlı formatda aparılmış diskussiya əsnasında sübut edə bilmişəm ki, bu,. XIX əsrin əvvəllərində Kürəkçay sülh anlaşması haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında ümumiyyətlə geniş ictimai fikirdə heç bir məlumat yox idi.

Adalet.az xəbər verir ki, Prezident Ali Baş Komandan İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində danışıb.

Dövlətimizin başçısı deyib: “Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İmrahimxəlil xan imzalamışdı, digər tərəfdən Çar Rusiyasının generalı imzalamışdı. O müqavilə internetdə var, hər kəs baxa bilər və əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyüş meydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriya gedib bu saytlara girəcək, baxacaq görəcək ki, o müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt burada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı”.

Prezident İlham Əliyev qeyd edib ki, bundan məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Əfsuslar olsun ki, onlar bu məqsədə çatdılar.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Dəhlizdə Vəli Xramçaylı ilə qarşılaşan Hidayət Elvüsal:

- Qağa niyə belə pəjmürdəsən?

Vəli:

- Hidayıət məllim, axşam "Napalyon" konyakını "Kutuzov" konyakı ilə zakuska elədim, səhər duranda başa düşdüm ki, 1812-ci il müharibəsi nətər ağrılı gedif.

ARXİV

TƏQVİM

FACEBOOK