adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Oktyabr 2020 21:12
44047
HADİSƏ
A- A+

Rusiyada kürdlərlə qazaxlar arasında kütləvi davanın qarşısı alınıb - VİDEO

Rusiyanın Saratov vilayətində polis kürdlərlə qazaxlar arasında kütləvi davanın qarşısını alıb.

RT-nin məlumatlna görə, etnik zəmində davanı qazaxlar başlatmağa çalışıb.

Hadisə yerinə 60 avtomobildə 180 nəfər gəlib.

Ümumilikdə hadisədə hər iki tərəfdən təxminən 150 nəfər iştirak edib.

Qarşıdurma bölgənin Derqaçevski rayonundakı Timonino kəndi yaxınlığında baş verib.

Məlumata görə, bu, ikinci qarşıdurmadır.

Birinci dava oktyabrın 20-də hərbi qeydiyyat komissiyasının yaxınlığında çağırışçıların qeydiyyata alınması zamanı baş verib. Həmin vaxt 90 qazax və 40 kürd arasında münaqişə yaşanmışdı.