SON DƏQİQƏ:

“Azərbaycanın müharibədə qələbəsi yaxınlaşır” - Sergey Markov

  13822   |  
Şriftin ölçüsü  

Azərbaycan Dağlıq Qarabağ müharibəsində qələbəyə yaxınlaşır.

Adalet.az xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov “Facebook” səhifəsində yazıb.

Politoloq qeyd edib ki, bəlkə də bir neçə saatdan sonra Azərbaycan ordusunun tutacağı mövqelər Ermənistanla Dağlıq Qarabağı cənubdan əlaqələndirən Laçın dəhlizini atəşlə bloklamağa imkan verəcək.

S.Markov əlavə edib: “Şimal dəhlizi təqribən bir həftə bundan əvvəl bloklanıb. Orada hər şey atəş altındadır. Azərbaycan ordusu havada tam üstünlüyə malikdir. Dağlıq Qarabağın cənub dəhlizi mühasirəyə alınandan sonra Ermənistan ordusu ümidsiz vəziyyətə düşəcək. O halda müharibənin davam etdirilməsi erməni ordusunun hərbi formasını geymiş insanları məhv etməyə bərabər olacaq. Bu, heç kimə gərək deyil. Ona görə də düşünürəm ki, bu qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bildirəcək”.

Onun fikrincə, bu danışıqlar artıq atəşkəs barədə deyil, sülh haqqında olacaq. Rusiyalı politoloq vurğulayıb: “Danışıqlar sülhün şərtləri barədə, Ermənistan qoşunlarının Azərbaycanın bütün ərazisindən tamamilə çıxarılması şərtləri haqqında və erməni əhalinin vəziyyəti haqqında olacaq. Həmin danışıqlarda əsas təşkilatçı və vasitəçi Rusiya olacaq. Vladimir Putinin çıxışı məhz bu barədə idi, hərçənd o vaxt bunu hamı başa düşmədi. Putin isə artıq bilirdi ki, bir neçə saatdan sonra regionda geosiyasi vəziyyət əsaslı şəkildə dəyişəcək. Azərbaycanın müharibədə qələbəsi yaxınlaşır”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK