adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
21 Oktyabr 2020 22:00
26234
İDMAN
A- A+

"Barselona" 4 futbolçusu ilə müqaviləni yenilədi - Rəsmi

"Barselona" 4 futbolçusu ilə müqaviləni yeniləyib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Jerar Pike ilə Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqdur.

Pike ilə 30 iyun 2024-cü ilədək, Ter Ştegenlə isə 30 iyun 2025-ci ilədək sözləşmə imzalanıb. Hər iki futbolçunun təzminat haqqı 500 milyon avro qiymətləndirilib.

De Yonq və Lanqlenin müqaviləsi isə 30 iyun 2026-cı ilədək uzadılıb. De Yonqun təzminat qiymtəi 400 milyon, Lanqlenin isə 300 milyon avrodur.