adalet.az header logo
  • Bakı 19°C
21 Oktyabr 2020 21:33
25238
İDMAN
A- A+

Hakan 3 oyun meydanda olmayacaq

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu zədələnib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, türk yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Seltik"lə matç öncəsi məşq zamanı zədə alıb. Onun təxminən 7-10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, Hakan Şotlandiya təmsilçisi ilə görüşü, həmçinin A seriyasında "Roma" və "Udineze" ilə qarşılaşmaları buraxacaq. 26 yaşlı futbolçunun Avroliqada "Slaviya"ya qarşı da oynayacağı gözlənilmir.

Qeyd edək ki, sabah keçiriləcək "Seltik" - "Milan" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.