SON DƏQİQƏ:

Koronavirusun qarşısının alınması məqsədi ilə paytaxt polisi növbəti tədbir keçirib

  10819   |  
Şriftin ölçüsü  

Paytaxtda koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumatda bildirilir ki, mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək virusa yeni yoluxma hallarına yol verməmək, bu virusla mübarizədə dövlətimiz tərəfindən əldə edilən müsbət dinamikanın qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunması üçün qapalı yerlərdə, ictimai nəqliyyatda nəzarət diqqət mərkəzində saxlanılır.

İctimai iaşə obyektlərində, mağazalarda, ictimai nəqliyyatda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmətin qəbul edilən sanitar-epidemioloji normalara uyğun qurulması və aparılması, sosial məsafənin təmin edilməsi, eləcə də qapalı yerlərdə tibbi maskadan istifadənin zəruriliyi bağlı profilaktik maarifləndirici söhbətlər aparırlar, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilir, qanunun tələbləri izah edilir. Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29, 26,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK