SON DƏQİQƏ:

Azərbaycan Texniki Universitetinin bəyanatı

  10114   |  
Şriftin ölçüsü  

Sentyabrın 27-i saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Nəticədə mülki əhali arasında həlak olan və yaralananlar var.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın təxribatlarını sərt şəkildə pisləyirik.  

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən haqq mübarizəsində Azərbaycan dövlətinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının və Ordumuzun yanında olduğumuzu bəyan edirik. Hazırda cəbhədə gedən döyüşlərdə Ordumuzun zəfərindən qürur duyuruq, əsgərlərimizlə fəxr edirik.

Bildirmək istəyirik ki, Şəhid və Milli Qəhrəman məzunlarının sayına görə öndə olan AzTU Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Hər bir məzunumuz Silahlı Qüvvələrin Ali Baş Komandanının bu sözlərini əsas götürərək istənilən an döyüşə hazırdır:

“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29, 26,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK