SON DƏQİQƏ:

Peskov: “Ehtiyac olarsa Vladimir Putinlə İlham Əliyevin danışıqları baş tutacaq”

  10530   |  
Şriftin ölçüsü  

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov, ehtiyac olarsa, Rusiya Prezidenti Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyevin danışıqlarının baş tutacağını bəyan edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, bazar günü Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı aparıblar və Dağlıq Qarabağda eskalasiyanın qarşısını almaq üçün hər cür səy göstərməyin vacibliyini qeyd ediblər.

“Ehtiyac olarsa, əlbəttə ki, danışıqlar reallaşacaq. Lakin bir daha təkrarlamaq istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonra ilk saatlardan etibarən Rusiya Xarici İşlər naziri Sergey Lavrov, şəxsən, Bakıdakı və İrəvandakı həmkarları ilə davamlı olaraq təmas saxlayıb”, - Peskov jurnalistlərə Rusiya prezidentinin Azərbaycan rəhbəri ilə təmas qurmağı planlaşdırıb-planlaşdırmayacağı barədə sualı cavablandırarkən deyib.

Peskov həmçinin hesab edir ki, indi Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsində kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirməyin zamanı deyil, hərbi əməliyyatları dayandırmaq vacibdir, deyə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və əlbəttə ki, münaqişənin nizamlanmasında belə bir hazır vasitəçi rolunu yerinə yetirmək və müxtəlif səviyyələrdə belə bir hazırlıq istəyi vurğulanır. İndi hər şeydən əvvəl kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək əvəzinə, hərbi əməliyyatları dayandırmaq vacibdir. Rusiya hər zaman balanslı mövqe tutub. Məhz bu mövqe Rusiyaya münaqişəni nizamlamaq imkanı verir”, - deyə Peskov jurnalistlərin Kremldə Dağlıq Qarabağda qarşıdurmanın kəskinləşməsinin təşəbbüskarı və bununla maraqlanan hansı tərəfin olduğuna dair sualları cavablandırarkən bildirib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK