adalet.az header logo
  • Bakı 7°C
26 Sentyabr 2020 15:42
236215
ŞOU-BİZNES
A- A+

Bakıdakı milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Novxanıdakı cah-cəlallı, milyonlarla qiyməti olan bağın sahibi Bəxtiyar Dalinin müsahibəsi sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Shownews.az xəbər verir ki, hadisəyə şou-biznesin məşhur siması olan müğənni Ayan Babakişiyeva da münasibət bildirib.

O, müsahibə verən şəxsi yalançı fiqur adlandırıb, bağın əsl sahibinin isə gizləndiyini bildirib:

“Mən bu adamda səmimilik görmədim. Bu bağ onun deyil. 100 faiz hansısa dövlət məmurunun bağıdır. Kimindirsə, sağlığına qismət. Bu adamı da fiqur kimi çıxardıblar ki, danış. Varlı, görmüş adam heç vaxt nə viskini, nə də qolunda, boğazında taxdıqlarını reklam etməz. Çünki varlı adam görmüş adamdır”.

Ayanın bu fikirləri ilə razılaşanlar çox olsa da, əksini düşünənlər də tapılıb. 

Aktrisa Pərvin Abıyeva sözügedən məsələ ilə bağlı açıqlamasında həmin bağın illərdir Bəxtiyar müəllim tərəfindən tikildiyini bildirib. Hətta həmin bağda illər əvvəl serial çəkildiyini də əlavə edib:

“Təxminən 21 yaşım olardı. İlk dəfə serial çəkilirdi. “Oğurlanmış arzular” adlanırdı. O vaxt Bəxtiyar Dali özü razılıq vermişdi serial çəkilişinə. Çox mehriban və sadə insandır. Hər çəkilişdən sonra bütün çəkiliş heyətinə qonaqlıq verirdi. Həftədə 2-3 dəfə çəkilişlər olurdu. Hər çəkilişdə də ev sahibi olan Bəxtiyar müəllim özü də bağda olurdu.

Serialda əsas rolları Almaz Ələsgərli və Tural Əsədov canlandırırdı və serialda da ev sahibi kimi Almaz xanımla Tural idi”.