SON DƏQİQƏ:

Təhsil Nazirliyi direktor olmaq istəyənlərə müraciət edib

  11672   |  
Şriftin ölçüsü  

Cari ilin 28 sentyabr tarixindən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start veriləcək.

Təhsil Nazirliyindən Adalet.az-a bildirilib ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Müsabiqə dörd mərhələdən ibarətdir: elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə.

Müsabiqəyə elektron sənəd qəbulu mərhələsi 28 sentyabr – 2 oktyabr, test imtahanı mərhələsi oktyabr ayının birinci yarısında, müsahibə mərhələsi noyabr-dekabr aylarında, vakansiyalara yerləşdirilmə isə 2021-ci ilin yanvar ayında həyata keçiriləcək.

Qeyd edək ki, direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID 19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə ilə bağlı hər hansı sual yarandığı təqdirdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +99470 248 19 92 “Whatsapp” nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK