adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Sentyabr 2020 17:11
18922
MƏMLƏKƏT
A- A+

Açıq havada toy və yas mərasimlərinin təşkilinə niyə icazə verilmir?- AQTA açıqladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıq havada toy və yas mərasimlərinin təşkilinə icazənin verilməməsinin səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib ki, hazırda açıq, həm də qaplı məkanlarda olan obyektlərdəki insanların sayı ilə bağlı məhdudiyyətlər var: “Kütləvi tədbirlərin təşkili qadağandır. Bir yerdə 10 nəfərdən çox insanın toplanması qadağası qüvvədədir. Bu, o deməkdir ki, bu tələb açıq məkanlarda ictiami iaşə obyektlərinə də şamil edilir. Açıq məkanlarda ona görə toy və yas mərasimlərinin təşkilinə icazə verilmir ki, qohumlar və tanışlar bu mərasimlərə gələrkən birbaşa masa arxasında əyləşib çay və qida qəbul etməklə məşğul olmurlar. Onlar tez-tez bir-biri ilə görüşürlər”.

Sədr müşavirinin sözlərinə görə, adətən, yas və toy mərasimləri uzun müddət bir-birini görməyən insanların görüş yeri kimi qiymətləndirilir: “Bu o deməkdir ki, onlarla, yüzlərlə insan bir-biri ilə təmasda olarkən yoluxma riskini çox artıracaq. Bu, çox təhlükəli hal ola bilər. Amma eyni masa arxasında bir-birini tanımayan insanlar oturduqda bu risk baş vermir. Bütün bunlar onu deməyə əsas verir ki, bu məsələlərə epidemik risk aşağı düşdüyü halda baxılsın. Amma bugünkü vəziyyətin, qərarın əsas arqumenti ondan ibarətdir ki, kütləvi şəkildə toplaşma kütləvi şəkildə ünsiyyət və yoluxma deməkdir”.