SON DƏQİQƏ:

“Müğənninin sevgilisi prodüsserə pul verir ki…” - Kartları açdılar

  76279   |  
Şriftin ölçüsü  

Prodüsserin fəaliyyəti nədən ibarət olmalıdır? Varmı, elə bir prodüsser ki, müğənniyə maliyyə dəstəyi göstərilməsində böyük işlər görsün? Adalet.az saytı olaraq bunları araşdırdıq və ölkənin iki prodüsserinin fikirlərini sizə təqdim edirik.

Tarix Əliyev: “Mənə Azərbaycanda bir prodüsser adı çəkin ki, o, müğənninin maliyyə işləri ilə məşğuldur. Azərbaycanda prodüsserlərin 90 faizi müğənninin puluna dolananlardır. Bir-ikisi var ki, deyir, biz ulduz yetişdiririk. Azərbaycanda ulduz formalaşdıran prodüsserlər 10 il əvvəldə qaldı. Bu yaxında Azərbaycan şou-biznesinə gələn müğənnilər prodüsserlərin hesabına çıxmayıblar. Bu gün gənclərin dəstəklədiyi müğənnilərdən danışsaq, onlar sosial şəbəkə hesabına gündəmə gəliblər, sosial şəbəkədə tanınmış olublar. Hətta onların arasında Çinarə Məlikzadə var, Nahidə Babaşlı var, bir çoxları var ki, prodüsserlə yox, öz istedadları ilə sosial şəbəkə hesabına gəliblər.  Hazırda da özlərini maliyyə cəhətdən də təmin edirlər. 18-ci ilə keçir ki, artıq şou-biznesdəyəm, prodüsser deyəndə bilirsiniz ağlıma kimlər gəlir? Azərbaycanın Əməkdar artisti Manananı ölkəmizdə tanıtdıran Aqşin bəy, Əməkdar incəsənət xadimi Vaqif Gərəyzadə gəlir. Vaqif müəllimin məktəbini keçmiş neçə müğənni var?! Bu gün hansısa müğənninin sevgilisi gətirib prodüsserə pul verir ki, həmin müğənnini tanıtdırır. Müğənnilər bu gün ən asan yoldan istifadə edirlər. “İnstagram”da 20-30 manata reklam edən səhifələrdə özlərini paylaşdırırlar. “Müğənni bu gün yataqdan durdu”, “Müğənni bu gün nənəsinin yanına getdi”, “Müğənninin bibisi öldü” kimi başlıqlarla sosial şəbəkələrdə verilən xəbərlərdə müğənni özü haqqında özü danışır. Əvvəllər isə müğənnilər haqqında böyük şəxsiyyətlər danışardı. 20 manatlıq səhifənin admini sual verir ki, filankəs sən onu bəyənirsən? O da deyir, xeyr, bəyənmirəm. Bundan başqa heç bir iş görmürlər”.

Vəfa Nuriyeva: “Azərbaycanda prodüsser məktəbi yoxdur. Elə buna görə də, təsadüfi insanlar prodüsser işləyir. Prodüsser olan şəxs hərtərəfli inkişaf etməlidir. Həm musiqi baxımından, həm iş baxımından savadlı olmalıdır. Prodüsserin geniş dünyagörüşü olmalıdır. Prodüsser yeni proyektlərə imza atmağı, komandanı idarə etməyi bacarmalıdır. Sadalananlar hələ işin bir hissəsidir. Prodüsser tək müğənniyə dəstək göstərməməlidir. Burada müğənninin potensialı da özünü biruzə verməlidir. 2004-cü ildən Bahar xanım Lətifqızı ilə işləyirəm. 16 ildir ki, bir yerdə addımlayırıq. Lakin buna rəğmən özümə məxsus ayrıca işlər də ərsəyə gətirirəm. Prodüsser müğənniyə tabe olmamalıdır. Prodüsser özü müğənniyə layihələr hazırlamalı və onun gündəmdə qalması üçün əlindən gələni etməlidir. Son zamanlar təsadüfi insanların bu aləmdə çoxluq təşkil etdiyinə fikir verirəm.

Bu il bütün dünyada problemli bir il oldu. Hər sahədə geriləmə baş verdi. Müğənnilərin 7 aydan çoxdur ki, qazancı yoxdur. Çox insanlar müğənniləri qınayır, deyirlər ki, zamanında qazanıblar, onlara heç nə olmaz. Elə deyil, bir evə 7-8 aydır ki, qazanc gəlmirsə, nədən söhbət gedə bilər? Pandemiya dövründə müğənnilərin işləri azaldı. Maddiyyatın olmaması yeni işlər görməyə mane oldu. Hətta bir çox sponsorluq etməyə hazır şirkətlər belə müəyyən işlərdən boyun qaçırdılar. Bir neçə işi öz gücümüzə etdik ki, bu da indiki vəziyyətdə çox normaldır”.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29, 26,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK