SON DƏQİQƏ:

Prezident Adminstrasiyasına dəvət olunan Ərtoğrula vəzifə verildi

  245121   |  
Şriftin ölçüsü  

Daim yumoristik video dublyajlarla izləyicilər qarşısına çıxan Ərtoğrul Kamalov Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyin olunub.

Bunu Adalet.az-a Ərtoğrulun özü də təsdiq edib:

"Bilirsiniz ki, son dönəmlərdə ölkəmizdə yenidənqurma işləri, kadr dəyişiklikləri, gəncləşdirmə siyasəti istiqamətində uğurlu addımlar atılır. Cənab Prezidentin yürütdüyü bu siyəsət çox təqdirəlayiqdir. Gənclərə şərait yaradılmasından gözəl nəsə ola bilməz. Mən də Mədəniyyət Naziri vəzifəsini icra edən Cənab Anar Kərimovun və Akademik Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin göstərişi ilə quruluşçu rejissor vəzifəsinə təyinat aldım. Akademik Musiqili Teatrında işləmək böyük bir fəxrdir. Keçmişə nəzər salsaq, görərik ki, orada kimlər işləyib və hazırda kimlər işləyir. Ölkənin yaxşı teatrlarından biri, hətta birincisi sayılır".

Qeyd edək ki, Ərtoğrul Kamalovun Nazirlər Kabineti yanında Operativ Qərargahla bağlı hazırladığı satirik videolar bir müddət öncə Prezidentin Köməkçisi tərəfindən müsbət qiymətləndirilmişdi. Brifinqlərin birində Prezidentin köməkçisi Hikmət Hacıyev onu Prezident Adminstrasiyasına dəvət etmiş və onunla şəxsən tanış olmaq istədiklərini vurğulamışdı. Daha sonra isə görüş baş tutmuşdur.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-25
2020-10-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK