SON DƏQİQƏ:

Nicat NOVRUZOĞLU: BİZ DUSTAQ DEYİLİK

  216865   |  
Şriftin ölçüsü  

Həbsxanalarda, dəqiq bilmirəm, ayda bir, ya iki dəfə məhbuslara ailələri ilə görüş verirlər. Hətta ər-arvada, deyəsən, altı aydan bir üç günlük görüş verirlər. Özü də həmin görüş mənzili üç otaqdan ibarətdi. Mətbəx, istirahət və yataq otağı. Eyni zamanda gərək ki, həftədə bir dəfə də ailələri məhbuslara «peredaça» apara bilərlər.

Amma artıq altı aydan çoxdur ki, Bakıdakılar rayondakı qohumlarıyla, ailələriylə, bacı-qardaşlarıyla, eləcə də rayondakılar Bakıdakı əzizləri ilə görüşə bilmir və bir-birlərinə heç «peredaça» da göndərə bilmirlər. Məcbur olub əyri yollara əl atırlar, nəticədə əyri yollara əl atanların da son durumu acınacaqlı olur.

Bəli, hamı Operativ Qərargahın çıxartdığı qayda və qanunlara şərtsiz əməl etməlidir. Operativ Qərargah da bir çox yumşalmalara getdi və gedir, amma dediyim problemdən həmişə yan keçir.

Deyirlər yoluxmaların sayı artır. Artıb-eləmir. Rəqəmlərə baxın, test olunanların sayına baxın və yoluxanların sayına baxın. Faiz eynidi, təxminən 2,5.

Hörmətli Operativ Qərargah, hansısa şərtlər daxilində yollar açılmalıdır, insanları bu qədər psixoz vəziyyətə gətirmək olmaz.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK