adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Avqust 2020 10:07
825856
AVTOMABİL
A- A+

24 saylı avtobusun hərəkət sxemi dəyişdirilib

Bakıda yolda aparılan təmir səbəbindən 24 saylı avtobusun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Adalet.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, Əliyar Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.

"Bu səbəbdən 24 nömrəli marşrutun N.Nərimanov m/st-dan Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək Təbriz - A.Nemətulla - Y.V.Çəmənzəminli – Ə.Əliyev küçələri ilə təşkil edilib".