SON DƏQİQƏ:

Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb

  9034   |  
Şriftin ölçüsü  

Bakı Ali Neft Məktəbinin (BANM) 3 məzunu Almaniyanın nüfuzlu DAAD (Alman Akademik Mübadilə Xidmətinin) təqaüdünü qazanıblar.

"Kimya mühəndisliyi” ixtisasının məzunları Nərmin Baxışova Almaniyanın Hamburq Universitetində, Əsəd Əsədli və Sahib Abdullayev isə Friedrich-Alexander Erlanqen-Nümberq Universitetində magistratura pilləsi üzrə təhsil alacaqlar. Təqaüd proqramı çərçivəsində onların yaşayış və təhsil xərcləri qarşılanacaq.

Qeyd edək ki, BANM-in 2019-cu il məzunları olan Nərmin Baxışova hazırda İtaliyanın "Maire Tecnimont” şirkətlər qrupunun "TCM KT JV Azərbaycan” MMC-də layihə üzrə kiçik mühəndis, Sahib Abdullayev isə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə proses mühəndisi işləyir.

Məlumat üçün bildirək ki, Azərbaycandan təqaüd üçün seçilmiş 25 nəfərdən 3-ü məhz BANM məzunudur.

DAAD gənclərə Almaniya daxili və xaricində beynəlxalq təhsil və tədqiqat təcrübəsini toplamağa imkanı yaradan Akademik Mübadilə Xidmətidir.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK