SON DƏQİQƏ:

Agentlik sədri: Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər

  7622   |  
Şriftin ölçüsü  

Xəzərə axıdılan tullantı suları təkrar su ehtiyatı kimi istifadə edilə bilər.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, bu sular həm yaşıllıqların suvarılması, həm də texnologiyaların işlədilməsi üçün istifadə edilə bilər.

ETSN-in artıq bu təcrübədən istifadə etdiyini açıqlayan nazirlik rəsmisi qeyd edib ki, Abşeron yarımadasının bəzi ərazilərində təsərrüfat mənşəli tullantı suları təmizlənərək yaşıllıqların suvarılmasında istifadə edilir.

Xəzərin hələ də müəyyən ekoloji problemlərlə üz-üzə olduğunu deyən M.Qənbərov bildirib ki, hazırda bu dənizi ən çox neft, yəni karbohidrogen hasilatında əmələ gələn lay sularının bir qismi, eyni zamanda təsərrüfat, məişət mənşəli tullantı suları ilə çirklənməyə məruz qalır: "İndi lay sularının həcmi müəyyən qədər azalıb. Amma dəniz suyu yenə də neft ləkələri ilə müşahidə edilir”.

Agentlik sədri əlavə edib ki, bu gün Abşeron yarımadasının şimal, şimal-qərb hissəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bundan başqa, bu gün yağış sularının idarəolunması üçün Bakı buxtasına istiqamətlənmiş 19 km-lik məsafədə kanallarla hələ də təsərrüfat, məişət mənşəli tullantı suları axıdılır: "Bu gün Xəzər dənizi yalnız Xəzər sahilindəki obyektlərlə çirklənmir. Xəzər dənizinin Yalamadan Astaraya qədər olan hissəsində 130-dan çox su axarı var".

M.Qənbərov hesab edir ki, tullantı sularının Xəzərə axıdılmaması üçün yeni salınan, getdikcə genişlənən yaşayış sahələrində mərkəzləşdirilmiş kanalizasiya sistemləri olmalı, mövcud təmizləyici qurğuların şəbəkəsi genişləndirilməli, istehsal gücü artırılmalı, ehtiyac duyulan ərazilərdə yeni təmizləyici qurğular quraşdırılmalıdır. Bununla yanaşı, karbohidrogen istehsalında yaranan lay suları idarə edilməli, onlar axarlar vasitəsilə Xəzərə axıdılmamalıdır.

Agentlik sədri bunu da əlavə edib ki, Xəzərə tullantı axıdan fiziki və hüquqi şəxslərə qarşı inzibati qaydada cərimə tətbiq edilir. Xəzərin çirklənməsinə səbəb olan idarə və müəssisələrə dəfələrlə xəbərdarlıq edilib. Həmin qurumlara lazımi tədbirlərin görülməsi üçün vaxt da verilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK