SON DƏQİQƏ:

Süni tənəffüslü manıslar - Nicat NOVRUZOĞLU yazır

  73503   |  
Şriftin ölçüsü  

Tənəffüsümüz hələ ki, süniləşməyib. Özümüz alıb, özümüz veririk. Yaradanın təmənnasızıdır. O tac elədiyimiz virus gələndən hələ deyirlər ki, tənəffüsümüzün havası bir az da təmizlənib. Çirkliliyi xeylam çirksiz olub. Gözlə görməsək də içimizə alanda bunu hiss etmək olur. Səbəbkar virusa borcluyuq.

Ataların hesabı ilə borclu borclunun sağlığını istəməlidir. Biz taclının sağlığını istəmirik. Heç taclı da bizim sağlığımızı istəmir. Biz ondan qurtulmaq istəyirik, o da bizi qurtarmaq istəyir.

Bu müharibədə taclıdan qazancımız da var. Hər bir şeyin qiymətini dəyərləndirmək. Dəyərini bilmək.

Bir də ki, şükür. Deyir ki, arada şükür edin. Hər saniyənizə.

Bu günümüzə min şükür.

Bu pandemiyada hələ ki, acından ölən olmayıb. İlin sonunacan da davam etsə ölən yenə olmayacaq. Çünki hərənin bir qarın çörəyi var. Qarından artığı isə bir az müşkül məsələdi. Karantindi. İş güc dayanıb. Alış veriş yoxdu. Qazanc olmayan yerdə necə qarından artığını istəyəsən ki?!

Amma istəyi nə qədər boğub saxlasan da bir gün partlayır.

Müğənnilər axır vaxtlar istəklənib. Deyirlər ki, vəziyyətimiz pisdi. Toylar yığışıldığından gəlirimiz yoxdu. Dolana bilmirik. Hətta bu istəkdən etirazlar da doğanlar var. Ad çəkmirəm. Onların etirazları yayanlar hamınıza çatdırıb. Ekran sağ olsun.

Haqq qazandıra bilmirəm onlara. Nə arqumentlərinə, nə fikirlərinə, nə də etirazlarına.

İlkin olaraq bildirim ki, bu manısların xalq adından, yəni bizim adımızdan danışmağını heç qəbul etmirəm. Bəlkə də çox az bir qismi hardasa danışa bilər. Onlarda ki, manıs yox müğənni kateqoriyasına daxildirlər. Amma elə əlinə hər mikrafon alanın xalq belə, xalq elə deməsi yolverilməzdi. Həmən o guya ki, canınız yandırdığınız xalqın toyuna gedəndə heç məbləğlərinizin bir qəpiyindən keçmirsiniz indi nooldu xalqı silah edirsiz? Öz sözünüz var, öz adınızdan danışın.

İkincisi, o bahalı toylarda 100 min, 150 min manıslara pul xərclənən də çıxıb bağıraydınız ki, ay camaat bu filan məmur nə qədər maaş alır ki, bizə də bir belə pul tökür?!

Üçüncüsü, o ekrnalarada arvadınıza konsert verən də, döşünüzü çöldə qoyanda, bəxtəvərə gö.vərən deyən də, alt paltarlarınızı, villalarınızı, lüt üryan bədənlərinizi ekranda nümayiş etdirən də, tərbiyəsiz cavablarınızı səsləndirən də, bahalı turlarla, məclislərlə camaata acıq verən də və s. bir az düşünmək lazım idi ki, sizi də bu gün qınamazdılar.

Bu sayları artıra-artıra getmək olar. Onu oxucu özü-öz qəlbinin məhkəməsin də etsin.

Son olaraq deyirəm ki, sizin bir toyda qazandığınızı, onu-bunu demirəm, elə biz mətbuat nümayəndələri 2-3 ilə qazanmırıq. İlin 365 günü də işləyirik. Sizin oxuduğunuz o dəbdəbəli saraylardakı toylara dəvətnamə alanda da başımızdan kredit, borc tüstüsü çıxır. Ona görə də özünüzü çox ekrana, efirə vurub zarımayın. Oturun evdə. Maskanızı taxın. Özünüzü qoruyun. Arada bir dezinfeksiyadan da istifadə edin.

Nə yazıq ki, ekranlarımızı dezinfeksiya edən yoxdu.

Həyat hələ bitməyib. Vaxt gələcək oxuyacaqsınız da, çalacaqsınız da. Pul da qazanacaqsınız. Səsinizdən və nə bilim nələrinizdən muğayət olun. Koronaya tutulmamısınızsa tənəfüsünüzü süni aparata qoşmayın.



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK